192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Taleh Bağırzadə: Qobustan həbsxanasında insanlıq faciəsi yaşanır, biganə qalmayın...
2019-01-30 15:41:00

"Onsuz da xəstə olan Cabbarı həbsxanada ölümünə döyüblər. Şəxsən həbsxananın rəisi Aftandil Ağayev özü onu döyüb. Sonra da 15 günlük karsa salıblar", "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov yanvarın 28-də ailə üzvləri ilə telefonla danışarkən belə deyib.

İlahiyyatçının bəhs etdiyi Cabbar Cabbarov Nardaran məhbuslarındandır. O, 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümünə səbəb olan əməliyyat zamanı Taleh Bağırov və digərləri ilə birlikdə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 19 il azadlıqdan məhrum edilib. Qobustan həbsxanasında saxlanan Cabbar Cabbarovun səhhətində ciddi problemlərin olduğu bildirilir. Taleh Bağırovun ailə üzvləri AzadlıqRadiosuna bildirib ki, ilahiyyatçı onun özünə qarşı da təzyiqlər səngimədiyini söyləyib. Deyib ki, bir müddət öncə Penitensiar Xidmətin əməkdaşları gəlib onunla görüşüb, şikayətlərini dinləyiblər: "Dedi ki, ertəsi gün də üstünə əli qana batmış, məhbuslara zülm eləyən birini göndəriblər. Gəlib onu təxribata çəkməyə, qorxutmağa çalışır".

Taleh Bağırov ailəsi vasitəsilə yerli və beynəlxalq ictimaiyyətə də müraciət edib. "Qobustan həbsxanasında insanlıq faciəsi yaşanır" deyən ilahiyyatçı orada baş verənlərin diqqətdə saxlanmasını xahiş edib.