192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanlı siyasilər “Transparency International” təşkilatının hesabatını şərh ediblər
2019-01-31 11:26:21

Azərbaycanda korrupsiyanın səviyyəsinin azaldılması üçün hökumət getməlidir. Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Transparency International təşkilatının ötən gün açıqladığı Korrupsiyanı Qavrama İndeksini şərh edərkən deyib.

Hesabata görə, Azərbaycan 122-ci yerdən 152-ci yerə enib.

"Ayrı çarə yoxdur. Çünki bunların bütün fəaliyyəti korrupsiya üzərində qurulub. Bu, idarəçilik formasına çevrilib",- o qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab ki, Azərbaycanda iqtisadi sistem korrupsiya üzərində qurulub.

"Həlledici, əsaslı iqtisadi islahatlar olmadan, ölkədə bərabərhüquqlu imkanlar üçün şərait yaradılmadan, azad məhkəmə sistemi olmadan korrupsiyanın qarşısını tam şəkildə almaq mümkün deyil. İndiki şəraitdə, hakimiyyətin özünün siyasətinin korrupsiya üzərində qurulduğu bir məqamda korrupsiyanın miqyasını nəinki həlledici şəkildə, heç az miqdarda da azaltmaq mümkün deyil", - A.Hacılı bildirib.

Lakin hökumətyönlü deputat Zahid Orucun fikrincə, 2015-ci ildən Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mühüm addımlar atılır. 2015-ci ildə keçmiş MTN-də cinayətkar şəbəkə ifşa edildi. Rabitə və Nəqliyyat nazirliklərində korrupsiya əleyhinə islahatlar aparıldı. Struktur islahatları 2018-cı ildə də davam etdirildi və artıq islahatların yeni mərhələsi başlayıb.

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli xatırladıb ki, 2011-ci ildə "ərəb baharı" zamanı İlham Əliyev hökumət qurumlarında rüşvətin yığışdırılması barədə göstəriş vermişdi. Bu üç ay sürdü və məmurların narazılığına səbəb oldu.