192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Əfqan Muxtarlı ədliyyə nazirini həbsxanaya çağırır
2019-01-31 12:19:55

Həbsdə olan Jurnalist Əfqan Muxtarlı media vasitəsilə ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Jurnalist naziri saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsinə dəvət edir. Əfqan Muxtarlının çağırışı həbsxananın yeməkxanasında dustaqlara verilən yeməklərin keyfiyyətinin aşağı olması ilə bağlıdır:

“Müdafiə nazirinin əsgərlərlə nahar etdiyi vaxtlar olub. Fikrət Məmmədov da həbsxanaya gəlsin və dustaqlara verilən yeməyin keyfiyyəti ilə, həbsxanadakı sosial durumla maraqlansın”.

Ə.Muxarlı bildirib ki, həbsxana rəhbərliyi onun Ədliyyə Nazirliyinə yazdığı məktubları göndərməkdən imtina edir. Buna görə də, nazirə media vasitəsilə müraciət edir.

Ötən həftə jurnalist həbsxana rəhbərliyi tərəfindən ona qarşı təxribat hazırlanması ilə bağlı məlumat göndərmişdi.

“10 gündən artıqdır ki, həbsxana rəhbərliyi mənə qarşı təxribat hazırlayır. Şahin Həsənovun əmri ilə mayor Kamil müxtəlif üsullarla mənə təzyiq edir ki, nəsə etiraz edim. Bundan istifadə edib mənə qarşı yeni cinayət işi qaldırsınlar.

Həbsxana rəhbərliyində fikir formalaşıb ki, siyasi məhbuslara təzyiq edən zabitlərin rütbələri və vəzifələri artırılır. Mayor Kamil dəfələrlə deyib ki, mənim əleyhimə yazın, vəzifəmi artırsınlar. Azərbaycan mətbuatından xahiş edirəm ki, mayor Kamil və Şahin Həsənov haqqında yazsınlar,”- deyə Əfqan Muxtarlı bildirmişdi.