192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Son 4 il ərzində Azərbaycan vətəndaşlarının orta aylıq əmək haqqı nə az, nə çox 252 dollar azalıb
2019-01-31 14:43:32

Azərbaycan prezidenti İlham Əliyevin maaş və pensiyaların dəfələrlə artırıldığı barədə dediklərinə Milli Şura sədri Cəmil Həsənli münasibət bildirib. C.Həsənli feysbuk səhifəsində bununla bağlı yazır:

İlham Əliyev deyir ki, maaşları 7 dəfə, pensiyaları da 9 dəfə artırıb. Son on ildə orta əmək haqqının artım dinamikasına baxsaq 2008-də orta aylıq əmək haqqı 230 manat, 2009-da 291 manat, 2010-da 302,6 manat, 2011-də 325,1 manat, 2012-də 368,4 manat, 2013-də 398,1 manat, 2014-də 426,3 manat, 2018-də 542 manat olub. Amma 2008-də 230 manat 362 dollar idi, 2018-dəki 542 manat 317,7 dollar olub. Bu 10 il ərzində orta aylıq əmək haqqının ən yüksək göstəricisi 2014-cü ildə 569,6 dollar olub. Deməli, son 4 il ərzində Azərbaycan vətəndaşlarının orta aylıq əmək haqqı nə az, nə çox 252 dollar azalıb. Tanınmış iqtisadçı Gubad bəy tərəfindən yoxlanılmış rəqəmlər Azərbaycan Dövlət Statistika komitəsinin rəqəmləridir. Bəs bu qədər (7 dəfə) artımdan sonra necə olub ki, 2018-ci ildə Azərbaycanda minimum əmək haqqı cəmisi 76 dollar, yəni 129,20 manat təşkil edib? Əgər bura devalvasiyadan sonra qiymətlərin də 2 dəfə artdığını əlavə etsək, 2018-ci ildə vətəndaşın aldığı 542 manat orta, 129 manat minimum əmək haqqı hansı dərdə dəyir?

P.S. Pensiyalar barədə isə aşağı sinif şagirdləri üçün yeni riyazi məsələ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə 9 dəfə artandan sonra 2018-ci ildə Əmək pensiyalarının orta aylıq məbləği 218,03 manat olub. Bəs bu artımdan öncə pensiyaların orta aylıq məbləği nə qədər olub?

No photo description available.