192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Məhkəmənin binası qarşısında saxlanılan üç fəalın taleyi naməlum olaraq qalır
2019-01-31 17:55:00

Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında saxlanılan üç gəncin taleyi haqqında heç nə məlum deyil.

Bu insanlar “Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi haqqında” cinayət işi üzrə prosesə gəlmişdilər.

Ümumilikdə 7 nəfər saxlanılıb, dördü sonradan sərbəst buraxılıb. Amma saxlanılan üç şəxsin – İslam İsmayılzadə, Vüqar Novruzov və Nicat Pənahlının taleyi naməlum olaraq qalır. Polis onların yaxınlarına heç bir məlumat vermir və onların harada saxlanıldığı, nədə ittiham olunduğu bilinmir.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti Turan agentliyinə məlumatı olmadığına istinad edərək, şərh verməyib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, saxlanıldıqdan dərhal sonra şəxsə doğmalarına saxlanıldığı haqqında məlumat vermək və istədiyi vəkili dəvət etmək üçün imkan verilməlidir.

Bu iş üzrə hər bir məhkəmə iclası zamanı müxalifətçilər və təqsirləndirilən şəxslərin qohumları bu şəkildə saxlanılır.

Artıq 10-dan çox insan inzibati həbsə və cəriməyə məruz qoyulub.