192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan hakimiyyəti aztirajlı qəzetlərin maliyyələşdirilməsini dayandırır
2019-02-01 11:23:20

Cümə axşamı KİV-ə Dövlət Dəstəyi Fondunda keçirilən iclasda xeyli sayda qəzetin maliyyələşdirilməsinin azaldılacağı elan edilib.

Fondun rəhbəri Vüqar Səfərli işarə edib ki, İnternet dövründə qəzet çapının maliyyələşdirilməsinin mənası yoxdur.

Bununla əlaqədar KİV-in maliyyələşdirilməsi üzrə müsabiqənin qaydalarına dəyişikliklər edilir. Belə ki, bundan sonra son 3 ildə müntəzəm nəşr edilən, ən azı 16 səhifəlik formata (A3) malik, ən azı 5 min tirajı olan və 2 min nüsxədən az satılmayan qəzetlərə maliyyə dəstəyi göstərilə bilər.

Xarici dillərdə nəşr edilən qəzetlərin tirajı ən azı 3 min olmalıdır və tirajın yarısı satılmalıdır.

V.Səfərli həmin göstəricilərə uyğun olmayan qəzet adı və say açıqlamayıb. Lakin sosial şəbəkələrdə tezliklə bağlanacağı ehtimal edilən təxminən 20 qəzetin siyahısı yayılıb. Bunlar "Şərq", "Ədalət", "Unikal", "Palitra", "Paralel", "Azad Azərbaycan", "Hürriyyət", "Reytinq", "Olaylar", "Bizim yol", "Üç nöqtə", "Mövqe" və başqalarıdır.

Görünür, hakimiyyətin himayəsində olan "Səs", "Yeni Azərbaycan", "Yeni Müsavat", "İki sahil", "Kaspi", "Bakı xəbər", "Novoye vremya", "525" qəzetləri qalacaq.

Hələlik bununla bağlı rəsmi təsdiq və ya hər hansı şərh yoxdur.