192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
'Sevil' sakinləri Prezident Administrasiyası önündə
2019-02-01 14:32:16

Azadlıq Radisounun xəbərinə görə, «Sevil» yaşayış massivində (Bakı-Şamaxı yolu üstə, Xırdalan şəhərinə yaxın) ev tikmiş 20-yə yaxın yanvarın 31-də Prezident Administrasiyasına (PA) şikayətə gediblər.

Onların sözlərinə görə, 2012-ci ildə həmin ərazidə torpaq alıblar: «2015-ci ilə kimi həmin torpaqlara çıxarışlar almışıq, 6-7 idarənin sənədləri əlimizdə var. Adam var 30 min, adam var 50 min manat xərcləyib ev tikdirib. İndi vaxtilə bizə torpaq satan şəxslərin məhkəməsi gedir. Məlum olur ki, bu torpaqlar örüş yerləri olub, onları satmaq düzgün deyilmiş».

Şikayətçilərin vurğulamasına görə, onlar bu məsələdə ziyan görməməlidirlər: «Biz deyirik ki, həmin şəxslər nə ediblər, öz işləridir. Qanunsuz iş görüblər, cavab verərlər. Amma bundan biz niyə əziyyət çəkməliyik?».

Sakinlərin deməsinə görə, indi məhkəmədə torpaqların qaytarılması məsələsi gündəliyə çıxıb. Bununla bağlı onlar Abşeron Rayon İcra Hakimiyyəti (həmin torpaq Abşeron rayonuna aiddir) nümayəndələri ilə görüşmək istəyiblər. Amma demələrinə görə, onları qəbul edən olmayıb.

Sakinlər deyirlər ki, bundan sonra isə Prezident Administrasiyasına gəlməyi vacib sayıblar.

Onları yanvarın 31-də PA-da qəbul ediblər.

«Bizi dinlədilər, fevralın 1-də gəlməyimizi istədilər. Dedilər ki, hüquqşünaslarla bizi görüşdərəcəklər. İndi sabah, fevralın 1-də yenidən bura gələcəyik»,-deyə qəbulda olanlardan biri vurğulayıb.

Bu deyilənlərə, hələlik, Abşeron Rayon İcra Hakimiyyətindən və başqa uyğun rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.