192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“D18” Hərəkatının fəalları saxlanılıb
2019-02-01 15:19:27

“D18” Hərəkatının bir qrup fəalı yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi ilə münasibəti ilə Bakının Nizami küçəsində flashmob keçirdiyi zaman saxlanılıb.

Bu barədə Amerikanın Səsinə hərəkatın rəhbəri Ruslan İzzətli bildirib.

Onun sözlərinə görə, tədbir zamanı polis beşdən çox gənci saxlayıb.

“Gənc fəallar Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb. Bir neçə saatdır ki, gənclər buradadır və hələ də sərbəst buraxılmayıblar. Üstəlik, bizə hər hansı məlumat verilmir,” İzzətli deyib.

Fəalların saxlanılması ilə bağlı hələ rəsmi məlumat da yayılmayıb.

Daha sonra “D-18” Hərəkatının sədri Ruslan İzzətli bildirib ki, flashmob keçirərkən saxlanan gənclər buraxıldı.

O, vurğulayıb ki, polis izahat alıb gəncləri sərbəst buraxıb: “Gənclərdən flashmob keçirmələrinin səbəbi və başqa məsələlər soruşulub”.

“D18” Hərəkatı 2013-cü ildə yaradılıb. Təşkilatın məramı Azərbaycanda Demokratik Cümhuriyyətin ideyalarının müdafiəsidir.