192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan müxalifətinin mitinqində ölkə hakmiyyəti “erməniyönlü” olmaqda günahlandırdı
2019-02-01 16:00:46

2019-cu il yanvarın 22-də Ermənistan İctimai Radiosunda yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş vermiş ən mühum və maraqlı hadisələr müzakirə olundu. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Bakıda yanvarın 19-da son illərdə ilk dəfə olduqca kütləvi və yaxşı təşkil olunmuş mitinq keçirildi. Mitinq səbəblərindən biri mlogert Mehman Hüseynovun müdafiəsi idi, lakin müxalifət öz problemlərindən danışmağa və ölkə hakimiyyətindən ətiraz etməyə toplanmışdı. Mitinqə bəzi məlumatlara görə, 5-dən 30-dək nəfər iştirak etmişdir.

Bu mitinqdə çox maraqlı şüarlar səsləndirildi. Müxalifət öz siyasi məqsədləri üçün ermənilər və Artsax mövzularına da toxunaraq Azərbaycan hakimiyyəti armenofil – erməniyönlü olduğunda günahlandırdı. Yəni, insanlar, müxalifət və o cümlədən Azərbaycan vətəndaş cəmiyyətindən ibarət demokrat müxalifət ölkə rəhbərliyini “ermənilərə qarşı çox mərhəmətli” olduğunda günahlandırdı.

Bu müxalif demokratik liderlərin bioqrafiyasına baxanda görünür ki, onlar ultranationalist xadimlərdir. Müxalif və keçmiş vicdan məhbusu İlqar Məmmədov da ermənifobdur. İsgəndər Həmidov da orada idi. Marağa ermənilərinin qanı onun əllərindədi. İsgəndər Həmidov Marağa cəlladıdır.

Ermənistanda bəzən bu insanların kim olduğunu, nə istədiklərini və ermənilər üçün hansı mənfi nəticələrin olacağını bilmədən elə düşünürlər ki, Azərbaycanda demokrat güclər hakimiyyətə gələndə erməniləri sevəcəklər. Onlar bilmirlər ki, Azərbaycan müxalifəti hakmiyyətdən daha pisdir.

Qeyd olunmalıdır ki, Azərbaycan hakmiyyətinin icazəsi ilə bu cür mitinqin həbssiz keçirilməsi göstərir ki, hakimiyyət və müxalifət arasında bəzi razılaşmalar olmuşdu. Mitinqdən bir gün sonra eyni müxaliflərin “Şəhidlər xiyabanına” getdiyində polislər onların qarşısını aldı. Orada müxaliflər artıq hakmiyyətə lazım deyildi.

Bunların hamısı, "dost" informasiya resursları ilə göstərilən şəklini görən erməni cəmiyyətinə görünməz proseslərdir. Azərbaycanda cəzasız 20 min, hətta 500 nəfəri bir yerdə toplamaq mümkün deyil və əgər bu baş verdiysə də, demək ki, bunu məhz İlham Əliyev razılıq vermişdir.