192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Z. Mnatsakanyan: “Müharibə ritorikası bölgədə düşmənçilik və inamsızlıq mühitinə gətirib çıxarır”
2018-11-08 17:07:17

Ermənistanın yeni hökuməti ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasına sadiq olduğunu bir daha sübut etdi. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının, Müdafiə nazirlərinin və Təhlükəsizlik Şurasının Katibliyinin birgə iclasında Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan  bəyan edib. Xarici işlər nazirinin  icraedicisi Duşanbə şəhərində keçirilən MDB sammitində Ermənistanın Baş naziri vəzifəsinin icraedicisinin və Azərbaycan Respublikasının Baş naziri ilə görüşünün vacibliyini vurğulamış və danışıqlar zamanı sülh prosesinə uyğun mühitin formalaşmasına kömək edəcək sazişlərin əldə olunduğunu qeyd etmişdir. Ermənistanın Xarici işlər nazirinin müavini vurğulamışdır ki, təhlükəsizlik məsələsi və Artsaxın  statusu məsələsi hələ də Ermənistanın prioritetlərindən biri olaraq qalmaqdadır və eyni zamanda Artsaxın  sülh danışıq prosesinə iştirakının vacibliyini vurğulamışdır.Zohrab Mnatsakanyan, hərbi ritorikadan  uzaq olmağın vacibliyini vurğuladı, bunun bölgədə düşmənçilik və güvənsizlik  mühitinin artırılmasına  gətirib çıxaracağını qeyd etdi. O,  qeyd edib ki, aktual  silah yarışları çox narahatedicidir və bütün bunlar problemin həllinə öz töhfəsini vermir.