192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Siyavuş Novruzov “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik təklif edib
2019-02-02 12:59:27

Siyavuş Novruzov “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik təklif edib. O bildirib ki, bəzi KİV-lərdə artıq bütün etik qaydaları pozanlara qarşı yeganə yol qanunvericilikdir:

“Vətəndaşın aşağılanması, dövlətin əleyhinə fikirlər söyləmək, dövlət çevrilişinə çağırışlar, istənilən adamın istənilən fikri söyləməsi, cəzasızlıq mühiti belə vəziyyətin yaranmasına səbəb olub. Müzakirə olunmalıdır ki, bu məsələ necə həll olunsun. Azərbaycanda adət-ənənə olub. İndi 5-10 nəfər ortaya düşüb dövlətçilik haqqında, dövlət qurucusu haqqında ağızlarına gələni danışır. Ulu öndər Heydər Əliyev mətbuat üzərindən senzuranı ləğv etdi, qəzetlərin borcu bağlandı, bu gün Prezident İlham Əliyev mətbuata böyük diqqət göstərir, jurnalistlərə ev verilir, qəzetlərə maliyyə yardımı edilir. Onlar da öz fikirlərini bildirməlidir ki, təhqir etmək olmaz. Onlar da mətbuatda təhqir yazanlara qarşı mübarizə aparmalıdır”.