192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanın Çexiyadakı səfiri bizneslə məşğuldur
2019-02-04 14:38:34

Araşdırmaçı jurnalist Cavanşir Həsənli Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin bu ölkədə qurduğu biznesi araşdırıb. Azadliq.info materialı təqdim edir:

“Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin da başı biznesə qarışıb. Hörmətli diplomatımız məmurlardan geri qalmayaraq səfir kimi fəaliyyət göstərdiyi ölkədə şirkət açıb. Özü də faktiki olaraq, Su və Melorasiya Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədi Əhməd Əhmədzadənin oğlu, Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadə ilə ortaq.
Cənab səfir yəqin düşünüb ki, məmurlar ölkənin sərvətini Londona, Çexiyaya yatırırkan, dövləti təmsil etmək onamı qalıb…

Şirkətin qeydiyyatda olduğu ünvan (foto)

2018-ci il mayın 5-də cənab səfir, Cümə Əhmədzadənin bu ölkədəki biznesini idarə edən Elçin Kazımzadə və Çexiya vətəndaşı, Avropa-Azərbaycan Ticarət Palatasının rəhbəri DAVID SNÁŠEL East Trade Company s.r.o. şirkətini təsis ediblər. Səfir öz hissələrini həyat yoldaşı 1973-cü il təvəllüdlü, Bakı şəhəri, Akademik Həsən Əliyev 98a, mənzil 36 ünvanında qeydiyyatda olan Ülkər Şəfiyevanın adına rəsmiləşdirib. Şirkətin pay bölgüsünə görə o, şirkətin 1/3-nə sahibdir.
Ülkər Şəfiyeva Xarici Dillər Universitetindən ingilis dili müəllimi ixtisası üzrə məzundur.
Şirkətin ünvanı: Klokotská 744/29, 390 01 Tábor. Şəhadətnamə nömrəsi: 07095945″.

Avropa Azərbaycan Ticarət Palatasının rəhbəri David Şnasel (foto)