192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Qobustan həbsxanasında dini fəalların aclıq aksiyası
2019-02-05 11:34:35

"Müsəlman Birliyi" hərəkatının rəhbəri Taleh Bağırzadə və bu hərəkatın fəalı Abbas Hüseyn (Hüseynov) Qobustan həbsxanasında aclıq aksiyası keçirir.

Turanın xəbərinə görə, bu barədə Siyasi Məhbus Ailələri Mərkəzinin üzvü, AXCP sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur Abbas Hüseynin ailəsinə istinadla bildirib.

"Abbas Hüseyn Qobustandadır. Orada Taleh Bağırzadə beşinci, Abbas Hüseynov ikinci gündür ki, aclıq edir. Onlara qarşı təzyiq və işgəncələr davam edir. Doğmaları bildiriblər ki, Abbas bu barədə telefonla məlumat verdikdə belə ona təzyiq göstərilib və telefonun dəstəyi əlindən alınaraq, danışmasına imkan verilməyib", deyə Yağmur qeyd edib.

Onun sözlərinə görə, Bağırzadəni telefonla danışmaq imkanından, hamamda çimmək hüququndan məhrum ediblər.

Məhkumlar bildirirlər ki, işgəncələrə şəxsən həbsxana rəisi Aftandil Ağayev rəhbərlik edir.

Bir müddət əvvəl Bağırzadə yerli və beynəlxalq təşkilatlara, sosial şəbəkə fəallarına, Demokratik Qüvvələrin Milli Şurasına Qobustan həbsxanasında məhkumlara qarşı repressiyalara biganə qalmamaq çağırışı ilə müraciət edib.

Bağırzadə və Hüseyn 2016-cı ilin noyabrında Nardaranda xüsusi əməliyyat zamanı həbs ediliblər və terrorizm və digər ağır cinayətlərdə ittiham olunaraq, 20 il müddətinə azadlıqdan məhrum ediliblər.

Yerli hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb.