192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Fazil Mustafa: Azərbaycanda aqressiya artır
2019-02-05 13:23:57

«Yeni Müsavat» qəzetində «Hakimiyyət daha çox maraqlı olmalıdır ki, aqressiya azalsın» sərlövhəli yazı yer alır.

Bu yazıda deputat Fazil Mustafanın düşüncələri əks olunur.

Deputat qəzetə təəssüflə qeyd edib ki, getdikcə Azərbaycanda aqressiya artır. F.Mustafanın fikrincə, ilk növbədə, cəmiyyətin müəyyən problemlərinin vaxtında həll olunmaması ilə bağlı məsələlərə diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, hakimiyyətin bir sıra addımları vaxtında atması qarşı tərəfin arqumentlər sarıdan «tərksilah» olunmasına gətirib çıxara bilər. Deputat vurğulayıb ki, prezident şəhid ailələri ilə bağlı problemi həll edib (11 min manat müavinətin verilməsi-r): «Halbuki müvafiq qurumlar vaxtında bunu həll etsəydi, heç bu qədər ajiotaj da yaranmayacaqdı. Yaxud təqaüdçülər, iş yerləri ilə bağlı məsələlər var... Yüzlərlə tikinti obyektinin işinin dayanması problemləri var. Həmçinin, istehsalla bağlı problemlər mövcuddur. Artıq alqı-satqı, bazar dayanıb, ticarət yoxdur. Müəyyən maneələr, inhisarçı fəaliyyətlər imkan vermir ki, insanlar çörəkpulu qazansınlar. Çörəkpulu qazanmayan adam mütləq küçəyə çıxmalıdır.... Ona görə də, əslində hakimiyyət daha çox maraqlı olmalıdır ki, aqressiya azalsın».

Deputat hesab edir ki, bu məsələdə barışmaz müxalifətin də məsuliyyəti var: «Yəni, əslində müxalifətin elektoratı daha mədəni, daha səviyyəli davranmaqla iqtidarı islahatlar aparmağa məcbur etməlidir. Bütün hallarda bunu etmək, aqressiyanın tonunun müxalifət tərəfindən aşağı salınması, məncə, daha faydalı yoldur. Çünki bu oyun qaydaları iqtidardan çox, müxalifətə lazımdır. İqtidarın əlində dəyənək var, sənin əlində heç nə yoxdur... Ona görə də, müxalifət dəyənəyi işə salmağa bəhanə verəcək addımlardan çəkinməlidir».