192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
DTX-nın qətlə yetirdiyi adamın nəşi hələ də ailəsinə verilməyib
2019-02-05 14:00:58

“2018- ci ilin iyulunda Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsi olayından sonra qətlə yetirilən Müsəlman Birliyi Hərəkatının üzvü Ağa Sərxanının nəşi 7- ci aydır ki, ailəsinə təhvil verilmir”. Bu barədə məlumatı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oktay Gülalıyev facebookda paylanıb. O.Gülalıyev yazır: “2018- ci ilin iyulunda Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsi olayından sonra qətlə yetirilən Müsəlman Birliyi Hərəkatının üzvü Ağa Sərxanının nəşi 7- ci aydır ki, ailəsinə təhvil verilmir. Təsəvvür edirsinizmi bu nə deməkdir? İnsanı siyasi mülahizələrlə, müəmmalı şəkildə, sübutsuz- dəlilsiz vurub öldürürlər, üstəlik nəşini də ailəsinə təhvil vermirlər…

Bu gün Ağa Sərxaninin həyat yoldaşı Sevinc xanımla görüşdük. Sevinc xanım danışdıqca adam dəhşətə gəlir. Məlum olur ki, 03 iyul 2018- ci ildə Gəncədə şəhər icra başçısı Elmar Vəliyev güllələnəndə heç Ağa Sərxani ümumiyyətlə ölkədə olmayıb (!?). Halbu ki onu icra başçısına qui- qəsdin təşkilində və iştirakında şübhəli bilərək qətlə yetiriblər. Hadisələr zamanı DİN və DTX- nın birgə yaydığı məlumatda qeyd olunurdu ki, Ağa Sərxanı 2016- cı ildə Suriyada silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib və o tərki- silah olunan zaman silahlı müqavimət göstərib. Məlum olur ki, o, ümumiyyətlə Suriyada olmayıb və heç bir silahlı müqavimətdən söhbət gedə bilməz…

Ağa Sərxaninin həyat yoldaşı respublika prokurorluğu və DİN- ə yazdığı məktubda qeyd edir ki, ərinin ölüm səbəbi və nəşinin ailəsinə təhvil verilməsini tələb etdikdə onun özünə təzyiq göstərib həyat yoldaşından imtinaya məcbur ediblər. Amma o bütün təzyiqlərə baxmayaraq ərindən imtina etməyib və bu gün də onun ölümünün əsl səbəbini araşdırır, nəşinin ailəsinə təhvil verilməsini tələb edir…

Görürsünüzmü, biz necə ölkədə yaşayırıq? Bütün bu baş verənlərdən sonra bəziləri özündə cəsarət, abır- həya tapıb bu hakimiyyəti müdafiə etməyə cəhd göstərir. Bu gün insanlar dövlətin gücündən istifadə edilərək terrora və ölümə məruz qalır. İnsanlar məhkəmə qərarı olmadan, sübutsuz- dəlilsiz günün günorta çağı qətlə yetirilir. Bu cinayətə heç kim seyriçi və laqeyd qalmamlıdır. Hər bir kəs Ağa Sərxaninin ölümünün sifarişçilərinin və icraçılarının tapılmasını, nəşinin ailəsinə təhvil verilməsini tələb etməlidir. Belə cinayətlərə göz yumsaq sabah növbə hər birimizin və övladlarımızın olacaq! Bunu untmayaq!”.