192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Baş naziri:”Danışıqlar prossesində DQ sakilərinin gərək öz nümayəndəsi olsun”
2019-02-06 10:00:04

Ermənistan və Azərbaycan Xarici işlər nazirləri iki ölkə liderlərinin mümkün görüşünə hazırlıq işləri üzərində çalışırlar. Bu barədə "Deutsche Welle" rus xidmətinə verilən məlumata görə,ER Baş naziri Nikol Paşinyan bildirib. Jurnalistin Azərbaycan prezidenti İlham Əliyevlə görüşlər nə verdi?-sualını Paşinyan cavablandırmaqla deyib: “Bu yalnız ilkin prossesdir, söhbətdir. Dağlıq Qarabağ məsələsi ilə bağlı rəsmi danışıqlar hələ başlamamışdır, biz görüşür, müzakirə edirik, fikir mübadiləsi aparırıq, xüsusən danışıqlar prosesinin tarixi barədə danışıqlar aparırıq.Biz bu təmaslardan hələlik heç bir nəticə gözləmirik.Dağlıq Qarabağ məsələsi ətrafında bizim rəsmi danışıqlarımız hələ başlanmayıb.Biz sadəcə olaraq görüşür, söhbət edir və proseslər, danışıq gedişatlarıyla bağlı fikir mübadiləsini edirik.Bizim bu təmaslarımız nəticəsində hər hansısa bəzi  tərpəniş ehtimal etmirik”. Ermənistanın və Azərbaycanın Xarici işlər nazirlərinin hazırda Paşinyan-Əliyev görüşünə hazırlıq işləri barədə danışdıqlarını bildirən Baş nazir qeyd edib: “Bu görüşləri tərəflərə daha aydın, anlaşılan etmək üçün çalışırlar, nə və necə müzakirə ediləcəyi barədə söhbət edirlər. Bəzi qətiyyətli məsələləri qaydaya salmadan münaqişəni nizamlamaq mümkünsüzdür. Məsələn, yalnız Ermənistan Respublikası adından danışıqlar aparacağımı bildirdim, lakin münaqişə Dağlıq Qarabağla bağlıdır, ona aiddir. Belə olan halda Dağlıq Qarabağı kim təmsil edəcəkdir, axı bu münaqişənin əsas tərəflərindən biridir”.O, xatırladıb ki,Dağlıq Qarabağda hakimiyyətlər var, orada seçkilər keçirilir və qeyd edək ki, Dağlıq Qarabağda yaşayan insanlar Ermənistanda keçirilən seçkilərdə iştirak etməyirlər”.”Onlar mənə hər hansısa bir yerə təqdim olunmaqçün mandat verməmişlər.DQ sakinlərinin öz nümayəndələri var və onlar gərək danışıqlqar prossesində təqdim olunsunlar”-deyə Baş nazir qeyd edib.Paşinyan müstəsna olaraq DQ məsələlərini və digər, məsələn Donbas yaxud Abxaziya problemləri arasında paralellik aparılmsını qəbuledilməz hesab edib.“Bizim üçün oxşar hadisələr arasında paralellik aparılması qəbuledilməzdir,ona görə ki, onların qaynaqları tam fərqlidir, müxtəlif vəziyyətlərdir”-deyərək ER Baş naziri bəyan edib.