192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda 6 bal gücündə zəlzələ olub
2019-02-06 12:15:34

Respublika Seysmoloji Xidmət Mərkəzinin ilkin məlumatına əsasən zəlzələ yerli vaxtla saat 23:32-də baş verib. Zəlzələnin mərkəzi İsmayıllı rayonu olub.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, zəlzələ Sumqayıt və Bakının bəzi ərazilərində də hiss edilib.

"Azadlıq" radiosunun məlumatına görə, Şamaxı və Ağsu rayonlarında yeraltı təkanlar daha güclü olub.

Bəzi yaşayış məntəqələrində sakinlər evlərini tərk ediblər və yeni təkanlardan ehtiyat edərək küçədə qalıblar.

Şamaxı rayonunun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

İnsan tələfatı haqda məlumat daxil olmayıb.