192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Oktay Gülaliyev: 'Mənə xəbərdarlıq etdilər ki, yazılarını izləyirik, nəzarətdəsən…'
2019-02-06 13:09:55

"Fevralın 5-də məni Daxili İşlər Nazirliyinə (DİN) çağırdlar, getdim". Siyasi Məhbusların Müdafiə Mərkəzinin (SMMM) koordinatoru Oktay Gülalıyev bunu Turana deyib.

Onun sözlərinə görə, DİN-in idarə rəisi Oqtay Kərimovla görüşüb. "Əsas müzakirə mənim işgəncələrlə bağlı yazılarım ətrafında oldu. Bundan əlavə, vaxtilə Kür daşqınları, ölkənin şimal rayonlarında baş vermiş zəlzələdən ziyan çəkənlər barədə yazdıqlarımı, siyasi məhbuslarla bağlı arayışları, hesabatları xatırlatdılar" deyə hüquq müdafiəçisi qeyd edib.

Oktay Gülalıyev deyir ki, bəzi yazılarını polisi gözdən salmaq, dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər: "Mənə dedilər ki, yazırsan ki, Azərbaycanda işgəncə laboratoriyaları var, haradadır o laboratoriyalar? Mən də son zamanlar məhkəmələrdə işgəncələrlə bağlı deyilənləri nəzərlərinə çatdırdım".

Oktay Gülalıyevin sözlərinə görə, orada xəbərdarlıq da alıb: "Mənə xəbərdarlıq etdilər ki, sənin yazılarını izləyirik, nəzarətdəsən, lazım olsa yenə əlaqə saxlayacağıq və çağıracağıq"- deyə hüquq müdafiəçisi qeyd edib.

Oktay Gülalıyev idarə rəisi ilə söhbətinin 2 saatdan çox davam etdiyini bildirib.