192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AXCP Şamaxı şöbəsinin sədri həbs edilib
2019-02-06 17:56:00

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şamaxı rayon şöbəsinin sədri Zahir Məmmədlinin fevralın 5-də saxlandığı bildirilir.

Bu barədə AXCP-dən məlumat veriblər.

Məlumatda qeyd edilir ki, rayonun Quşçu kənd sakini olan Z.Məmmədli evlərinə gedərkən saxlanıb və polis şöbəsinə gətirilib.

Elə həmin gün də onun rayon məhkəməsinin qərarı ilə 13 sutka inzibati həbs cəzası aldığı bildirilir.

Partiyadan vurğulayıblar ki, Z.Məmmədli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsini pozmaqda təqsirli bilinib.

Amma bu məlumata rayon polisi və məhkəməsindən münasibət almaq mümkün olmayıb.