192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ATƏT-də ABŞ missiyasının nümayəndəsi: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini istisna edir”
2018-11-09 11:00:03

Birləşmiş Ştatlar  Ermənistan və Azərbaycan arasında  inamın təstiqinə və genişləndirilməsinə istiqamətlənmiş səylərinə yardım edir hansılar ki, təhlükəsizlik ətrafında  vəziyyəti sabitləşdirərək  danışıqlar üçün daha konstruktiv mühit yarada bilər. Bu haqda  ATƏT Daimi Şurasının iclasında ATƏT-in ABŞ Missiyasının müavini vəzifəsini icra edən Qregori Makris  bəyan edib. O,  qeyd edib ki, həmsədr ölkə kimi,Birləşmiş Ştatlar  ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin işini məmnunluqla  alqışlayır eləcə də, ATƏT fəaliyyətdəki sədrin şəxsi nümayəndəsinin fəaliyyətini təqdirə layiq hesab edərək  onların  işlərinə öz yardımını əsirgəməyəcəyini  bildirib. Qreqori Makris həmsədrlərin tərəflərə gərginliyi azaltmaq və ünsiyyəti yaxşılaşdırmaq üçün bəzi addımlar atdığını vurğuladı ki, onu da  ABŞ tamamilə dəstəkləyir.“Bu   münaqişə artıq olduqca uzun davam edir Vaxt çatıb ki, tərəflər qarşılıqlı  ittihamlardan kənar olsunlar və öz  sakinlərini   süıhə  hazırlasınlar”-deyərək o, qeyd edib. Diplomat bir  daha  xatırladıb ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla ATƏT regionunda münaqişələrin həllinə böyük əhəmiyyət verir.“Birləşmiş Ştatlar  bu münaqişənin hərbi həllinin olmaması  baxışını bölüşür.Status-kvo qəbuledilməzdir. ABŞ Helsinki Yekun Aktında qeyd olunduğu kimi, qüvvələrin istifadəsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə əsaslanan uzunmüddətli və sülh yolu ilə həll edilməsi üçün tərəflərlə işləməyə hazır  olduğununu bir daha təstiq edir” -deyərək Qrqori  Makris bəyan edib.