192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan gənclərinin sayında 25 faiz azalma
2019-02-07 13:48:14

AXCP İqtisadiyyat Komissiyasının sədri, iqtisadçı alim Nemət Əliyev: "Gənclərin sayı 462 min nəfər və ya 25% azalıb. Belə fəlakətli nəticələrə görə hesabatlar verilməli, istefalar gündəmi zəbt etməliydi…

2011-ci ildən başlayaraq 2019-cu ilin əvvəlinədək ötən dövrdə 15-19 yaş qrupuna daxil olan gənclərin sayı 228,1 min nəfər və ya 26%, 20-24 yaş qrupuna daxil olan gənclərin sayı isə 183,4 min nəfər və ya 19% azalıb. Bu iki yaş qrupu (15-24) üzrə ümumi azalma 411,5 min nəfər və ya 23% təşkil edir.

Müqayisə üçün deyim ki, bu sonuncu göstərici (azalma) bir il əvvəl 369 min nəfər olub və bu ilin sonuna qədər 462 mini (25%-i) üstələyəcək. Rəqəmlər arasındakı fərqə diqqət etsəniz (42,5 və 50,5), mənfi tendensiyanın sürətlənməsi dərhal gözə çarpır.

25-29 yaş qrupu üzrə 2011-ci illə müqayisədə 7% artım olsa da, 2016-cı ildən başlayaraq bu yaş qrupunda olan cavanlarımızın sayı da azalmağa başlayıb. Sonuncu üç ildə bu qrupda 23 min azalma qeydə alınıb və bu ilin sonuna kimi daha 17 min azalma olacaq.

Beləliklə,15-29 yaşda olan gənclərin ümumi sayı 2011-ci illə müqayisədə bu ilin sonunadək 403 min nəfər azalacaq. Əgər 2011-ci ilin əvvəlində 15-29 yaşlı gənclər əhalinin 29%-ni təşkil edirdisə, hazırda bu göstərici 24%-ə düşüb".