192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan elminin yeni aşkarları: "Türk əsilli" Rotşildlərin Azərbaycana olan borcu
2019-02-07 16:00:28

2019-cu il yanvarın 29-da Ermənistanın İctimai Radiosunda yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələri müzakirə olundu. Proqram aparaıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqramda milyarder Rotşildlər klanının Azərbaycana ciddi borcların olma məsələsi müzakirə olundu.

Qeyd etməliyik ki, Azərbaycan elmi və təbliğatı böyük cəmiyyətlərə müraciyyət etməyi sevir. Bu, türk və müsəlman cəmiyyətidir. Azərbaycan təbliğatı və elmini araşdıranda görünür ki, onlar ermənilərlərin azərbaycanlılara deyil, “türklərə” və ya müsəlmanlara qarşı olmasını göstərirlər. Onlar hər yerdə və hər zaman türk izi axtarırlar. Onların fikrincə, Asteklər, Vikinqlər, bölgəmizdə yaşayan bütün otokton xalqlar türkdür. Bu anlayışla, ermənilər də “haylar”-dan fərqli olaraq “türklərdir”.

Bir sözlə, türk xalqı Azərbaycan “elmi” üçün çox böyük əhəmiyyət daşıyır.

İndi isə, ortaya çıxdı ki, Əşkinazi yəhudilərinin də türk əsilləri vardır. Milyarder Rotşildlər ailəsi də məhz Əşkinazi yəhudilərdəndir və buna görə, onlar da türk əsillidir. Onlar türkdürsə, Azərbaycana Qarabağ məsələsində yardım etməlidirlər.

Məntiqi zəncir belədir: Azərbaycan - Bakı nəfti - Xəzər Xaqanatı, harda ki Azərbaycan tarixçilərinə görə, yəhudiyə çevirilmiş türklər yaşayırdı.

Beləlliklə, Rotşildlər ailəsinin yeni qohumları tələb edirlər ki, Rotşildlərin Azərbaycanla əlaqəsi varsa, onlar dəstək versinlər və Qarabağı azad etsinlər.

Maraqlıdır ki, bir həftə öncə, başqa bir məqalədə azərbaycanlıların asteklərlə qohumluğu əsaslandırılırdı.