Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı Neft Emalı Zavodunu məhkəməyə verir
2018-11-09 13:32:04
Bakı Neft Emalı Zavodu ətraf mühiti çirkləndirməkdə günahlandırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq addımların atılmasından ötrü məhkəməyə müraciət edəcəyini açıqlayıb.
Bu haqda nazirliyin məlumatında yazılır.
Nazirlik vurğulayıb ki, zavoddan havaya atılmalardan götürülən nümunələr analiz edilib. Verilən məlumata görə, noyabrın 7-də aparılan analizlərin nəticələri məlum olub: «Nəticələrə görə, qaz birləşmələrinin sanitar normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı Neft Emalı Zavodunun hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndəriləcək».
Bu açıqlamaya, hələlik, müəssisə rəsmilərindən münasibət almaq mümkün olmayıb.
Ən çox oxunan
2019-02-13 11:25:27
Artsaxın Xİ naziri: “Azərbaycan tərəfi hər vəchlə tam formatlı dialoqun bərpasına zidd gedir və müxtəlif əsassız ideyalar irəli sürür”
2019-02-13 11:40:18
Masis Mayilyan: “Rəsmi Bakı bu günəcən öz cəmiyyətini sülhə hazırlamayıb”
2019-02-13 10:58:58
ABŞ-da İlham Əliyev rejiminə qarşı sanksiya yenidən gündəmə gəldi
2019-02-13 14:29:47
Azərbaycanda daha iki bank bağlanır
2019-02-13 12:16:32
Azərbaycanın ABŞ-dakı lobbiçisi Kemal Öksüz şərti olaraq 2 il azadlıqdan məhrum edilib