192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Moody`s”: Azərbaycan bankları ən zəif kredit profillərinə malikdirlər
2019-02-07 17:58:00

Ukrayna və Azərbaycan bankları MDB ölkələrinin bank sektorları arasında ən zəif kredit profillərinə malikdirlər. Lakin aktivlərin risklərinin sayına görə Azərbaycan bankları ən aşağı göstəricilərə malikdir.

Oxu.Az xəbər verir ki, “Moody`s” beynəlxalq reytinq agentliyinin hesabatına görə, Azərbaycanın bank sistemi MDB-də ən yüksək kapitallaşma səviyyəsini nümayiş etdirir, bu da, əsasən, dövlətin ən iri bankı – “Azərbaycan Beynəlxalq Bankı”na köməyi ilə izah olunur.

Hesabata görə, bu göstərici 2019-cu ildə azala bilər. Xarici analitiklər Azərbaycan banklarının aktivlərinin keyfiyyətinin yaxşılaşdığını da vurğulayırlar. Belə ki, agentliyin 2018-ci ilin sonuna olan məlumatına görə, ümumi kredit portfelində problemli kreditlərin payı iki il öncə olan 31%-dən 15%-dək azalıb.

“Moody`s”in qiymətləndirmələrinə görə, MDB ölkələrinin iqtisadiyyatlarının artım templərinin bərpası fonunda bütün regionda əməliyyat mühiti yaxşılaşır:

“2017-2018-ci illərdə iqtisadiyyatların bərpası dövründən sonra yaxın iki il ərzində MDB ölkələrinin iqtisadi artım nümayiş etdirəcəyini gözləyirik. MDB ölkələrinin bank sektoru üzrə proqnozumuz müsbətdir”.