192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda hüquq müdafiəçiləri Baş Prokurorluğu penitensiar sistemdə qanunsuzluqla bağlı şikayətləri araşdırmağa çağırır
2019-02-07 17:04:00

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq bəyanatla çıxış edərək penitensiar müəssisələrdə məhbusların hüquqlarının pozulması və işgəncə verilməsi praktikasını pisləyib.

"Penitensiar Xidmətdə məhbuslara qarşı qeyri-insani rəftar, işgəncələr, korrupsiya, şantaj və digər ağır cinayətlər açıq və kütləvi xarakter daşıyır", - bəyanatda deyilir.

Hüquq-müdafiə qurumu hesab edir ki, Penitensiar Xidmət Azərbaycan Respublikasının "Cəzaçəkmə yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqları haqqında" qanuna əməl etmir, Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına məhəl qoymur və bununla da beynəlxalq arenada dövlətin imicinə xələl gətirir.

"Bloger Mehman Hüseynovun barəsində yeni cinayət işinin saxtalaşdırılması dünya ictimaiyyətinin tənqiq və təzyiqlərinə səbəb oldu, ancaq Penitensiar Xidmətin məsul işçiləri cəzalandırılmadı.

Hazırda "Nardaran hadisələri" üzrə mühakimə olunan Abbas Hüseynov, Cabbar Cabbarov və Taleh Bağırzadəyə qarşı ağır, amansız işgəncələrlə bağlı məlumat var. Onlar dözülməz şərait səbəbindən aclıq elan ediblər. Biz, Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq baş prokurora müraciət edərək Penitensiar Xidmətin işçilərinin, əsasən Qobustan qapalı həbsxanasının rəisi Avtandil Ağayevin qanunsuz əməllərinin araşdırılmasını xahiş edirik", - bəyanatda deyilir.

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq 2018-ci ilin sonlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, "Tolışi sado" qəzetinin baş redaktoru Hilal Məmmədov tərəfindən təsis edilib.