192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ukraynanın böyük ticarət şəbəkəsi Azərbaycan bayrağına görə ER səfirliyindən üzr istəyib
2019-02-08 10:46:36

Kiyevdə olan Aşam Ukraynanın ən böyük ticarət şəbəkəsi ER-nın Ukraynadakı səfiri Tigran Seyranyandan rəsmi olaraq üzr istəyib. “Rusarminfo” nun verdiyi məlumata görə, üzr istəməyin səbəbi hipermarketlərin nümayiş piştaxtalarında erməni mallarının Azərbaycan bayraqları altında təqdim olunması olub ki, o barədə icma nümayəndələri “Erməni təşəbbüsü” Fondunu məlumatlandırmışdır.Fondun mətbuat xidmətindən verilən məlumata görə, Fondun rəhbəri Hayk Avagyan Kiyevdəki bir neçə supermarketlərə gedib və məlumatların dəqiq olduğuna əmin olub. O, erməni bayraqlarıyla olan piştaxtaların fotoşəklini çəkib, demək olar ki, onlar boş olmuşdur. Halbuki Azərbaycan bayrağı altında olan  rəflər Ermənistanda istehsal olunan mallarla dop-dolu olub.Fond vəziyyəti qaydaya salmaq üçün ER səfirliyinə müraciət edib,həmçinin mağazalar şəbəkəsinə rəsmi məktub göndərib.Ondan sonra supermarketlərdə hökm sürən qarmaqarışıqlıq nizamlanıb.Aşan Ukrayna supermarketlər şəbəkəsindən “Erməni təşəbbüsü” Fonduna və Ermənistan səfirinə məktub göndərilərək üzr istənilib və vəd edilib ki,gedişata  nəzarət olunacaqdır.