192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
RTS İsveçrə radiosu: “İnqlabçı Baş nazir:N.Paşinyan inandırır ki, özü dəyişilməyib”
2019-02-08 10:40:46

Ermənistan  Respublikasının yeni Baş naziri, “Məxməri İnqilab"  lideri Nikol Paşinyan, ölkə iqtisadiyyatında  inqilab etməyə çalışır və  Rusiya ilə Avropanın arasında tarazlığı mükəmməl qoruyur. İsveçrənin RTS radiostansiyası Nikol Paşinyanla Davos İqtisadi Forumunda görüşdüyünü yazır. Müxalifət lideri hökumətini idarə edən Nikol Paşinyan, RTS-yə özünün adlandırdığı kimi missiyasının "Ermənistanı korrupsiya sistemindən qurtaracaq" olduğunu söylədi. Bu nöqtəyə çatdıqdan sonra, Nikol Paşinyan ölkəsi üçün "İqtisadi inqilab"-ı təsəvvür edir. Baş nazirin sözlərinə görə, Ermənistan xarici əlaqələrdə bərabərliyi,tarazlığı  saxlayır.Biz ölkəmiz üçün çox vacib bir bazar olan Avrasiya İqtisadi İttifaqa üzv olmuşuq ki, bu da ölkəmiz üçün olduqca mühüm bazardır. Belə ki, Ermənistanın AB ilə də razılaşması var və bu uyğunsuzluq deyil.Rusiya ilə münasibətlərimiz iqtisadi və təhlükəsizlik baxımından vacibdir, bununla yanaşı, AB ilə münasibətlərimiz bizim siyasi və hüquqi sistemimizi islah etməyə və cəmiyyətimizi daha da rəqabətli olmağa  cəlb etməyə imkan yaradır”-deyərək  Nikol Paşinyan qeyd edib. Baş nazir Ermənistanın NATO-ya daxil olmaq məsələsinə də toxundu və bunun planlaşdırılmadığını vurğuladı.“Biz NATO-ya  üzv ölkələrlə, xüsusən də Kosovo, Əfqanıstan və Livanda sülhməramlı missiyalarla bağlı əməkdaşlıq edirik. Bu tərəfdaşlıq bundan sonra da davam ediləcək və inkişaf edəcəkdir, ona görə ki, biz sülhün əsl dəyərini əla bilirik”- deyərək ER Baş naziri bildirib.