192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan tərəfi erməni əsirlərinin azad edilməsi təklifini rədd edib və humanitar məsələləri manipulyasiya etməyə davam edir: Artsax XİN
2019-02-08 11:00:42

Artsax Xarici İşlər nazirliyinin ictmaiyyətlə əlaqələr  şöbəsinin rəisi Artak Nersisyan "Tert.am"-in xahişiylə Ermənistan tərəfindən  həm də  Azərbaycanın iki digər vətəndaşlarının azad buraxılması barədə Azərbaycan XİN bəyanatını şəhr edib.

“İlk növbədə, qeyd etmək lazım sayırıq  ki, bu məsələ ilə Ermənistan Respublikasına tətbiqin   hər hansı bir əsası yoxdur”- deyə Artak Nersisyan deyib, əlavə edərək: “ Artsaxda məhkum edilmiş  azərbaycanlı cinayətkarların məsələsiylə rəsmi Bakıya rəsmi Stepanakartə müraciət etmək lazımdır. O  hələ keçmiş ilin  dekabr ayında  qudvilin təzahürü olaraq,  Artsax ərazisində  ağır və ya  xüsusilə ağır  cinayətləri törətmiş  Azərbaycan vətəndaşı Elnur Hüseynzadəni qanun çərçivəsində vaxtdabn əvvəl   azad edilməsinin mümkünlüyünü nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Eyni zamanda Artsax Respublikasının  Xarici İşlər nazirliyi rəsmi Bakıya cavab addım olaraq, Azərbaycanda  olan ermni əsirlərini, ilk növbədə sağlamlıq  ilə  bağlı aşkar problemləri olan əsirləri azad etməyə çağırıb. Azərbaycan  tərəfi vətəndaşın taleyinə, habelə beynəlxalq humanitar qanunuyla əldə edilmiş öhdəliklərinə mütləq laqeydlik göstərərək, təklifi rədd edib. Həmin məsələylə bağlı Azərbaycan  hakimiyyətlərinin oxşar  mövqəyi  Bakının gerçək  niyyətləri haqqında  şübhələr yaratmır.

Artsax Respublikasının qanunvericiliyinə  ciddi rayət edərək Artsax Respublikasının sərhədini qanunsuz olaraq pozmaq üçün  (Cinayət Məcəlləsinin 350-ci maddəsi) Artsax Respublikasının məhkəməsinin qərarıyla iki il azadlıqdan məhrum edilmiş  Azərbaycan vətəndaşı Elnur Hüseynzadə bu ilin  fevralın 2-də   cəzasının  müddətinin bitməsindən sonra azadlığa buraxılıb. Elnur Hüseynzadə onu Azərbaycana qaytarmaması xahişiylə Artsax Respublikasının hakimiyyətlərinə müraciət edib. Onu üçüncü bir ölkəyə təhvil vermə ehtimalını müzakirə olunur.

Azərbaycan tərəfindən humanitar mövzular üzrə  spekülasiyaya gəlmişkən, qeyd etmək lazımdır ki, ağır cinayətlər törətmiş şəxslərə aid məsələlər digər səviyyədədir. Azərbaycan tərəfindən qeyd edilən  Dilham Əsgərov və Şahbaz Quliyev milli nifrətçilik motivasiyasıyla yeniyətmələrin  oğurlanması və bir sıra digər  cinayətlərdə  günahkar tapılmış  cinayətkarlardır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda belə cinayətkarların qəhrəmanlaşdırmasının bədnam nümunələri var".