192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
BMT komissiyası 2011-ci ildə Ermənistana aid Azərbaycan tərəfindən təqdim edilmiş şikayəti əsassız tanıyıb: Kajoyan
2019-02-08 11:39:25

BMT-nin Avropa iqtisadi komissiyası Ermənistan barədə Azərbaycan tərəfindən təqdim edilmiş şikayəti əsassız taıyıb.

Bu barədə ER Xarici İşlər nazirliyinin Beynəlxalq  təşkilatları üzrə  şöbənin rəisi Vahram Kajoyan öz feysbuk səhifəsində  yazıb.

O, xüsusilə yazıb: “Səkkiz  il ərzində diplomatik “müharibə” və   çox gərgin “məhkəmə” dinləmələri və danışıqları nəticəsində bu gün BMT-nin Avropa iqtisadi komissiyasının “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi barədə” (Espu, 1991-ci il) konvesiyası çərçivəsində Ermənistan üçün çox vacib məsələ  qələbəli şəkildə başa çatdıq.

Xırdalıqları təqdim etməyərək deyəm ki, 2011-ci ildə Azərbaycan  Ermənistana qarşı şikayət təqdim edib, hansı da səkkiz il ərzində  bir neçə onlarla dinləmələr zamanı Xarici İşlər, Təbiət qorunması və Enerji nazirliyi nümayəndə heyəti  tərəfindən bütün maddələrlə rədd edilib.

Bu gün rəsmi olaraq  qərar qəbul edilib və  bizim  təqdim  etmiş faktlarımıza əsasən təsdiq olunub ki, Ermənistan  Konvensiyanın müddəalarına tam riayət edir və Azərbaycanın şikayəti əsassızdır. Səkkiz illik ədalətli mübarizədə və gərgin işlərdə əvəzsiz yardım göstərilməsi üçün  bütün həmkarlarıma təşəkkür edirəm”.