192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
E.Muradlı Bakıya götürülən avtobusların ucuz və keyfiyyətsiz olduğunu deyir
2018-11-09 15:20:34

"Bizimyol.info.az"da "Yeni avtobuslar keyfiyyətsiz olsa da məcburuq qəbul edək"-açıqlama" sərlövhəli məqalə oxumaq olar.

Müəllif Bakı Nəqliyyat Agentliyinin (BNA) Türkiyə istehsalı olan "Karsan" markalı avtobusların Bakıya gətirilərək ictimai sərnişindaşımada istifadə olunmasının müsbət-mənfi cəhətlərini nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı ilə müzakirə edir.

Müəllif deyir ki, BNA ölkəyə ümumi dəyəri 5 mln. dollar olan 50 sərnişin avtobusu gətirib və təqdimatını keçirib.

Müəllifin deməsinə görə, Türkiyə istehsalı olan bu avtobuslar orada qəsəbədaxili və qəsəbələrarası istifadə üçün nəzərdə tutulsa da Azərbaycanda bu avtobuslar şəhərdaxili istifadə üçün planlaşdırılır.

E.Muradlı isə "bizimyol.info"ya açıqlamasında bu avtobusların ucuz və keyfiyyətsiz olduğunu deyir. "Türkiyə istehsalı olan "Karsan" avtomobili artıq uzun illərdir ki, istifadə edilir. Türkiyədə qəsəbədaxili sərnişindaşıma üçün nəzərdə tutulan həmin avtobuslar ölkəmizdə də qəsəbələrarası sərnişindaşıma üçün istifadəyə veriləcək. Həmin avtobusların qatarla toqquşan 160 nömrəli marşrut xəttinə verilməsi də nəzərdə tutulub ki, bu da qəsəbədaxili sayılır".

Bakının ictimai nəqliyyat sisteminin çox ağır olduğunu deyən E.Muradlı 3000- 3500 avtobusdan ibarət bu parkın yenilənməsini dövlətin üzərinə qoymağı doğru saymır: "Bakı şəhərinin ictimai nəqliyyat sistemində 3 min, 3500 avtobus var, hər bir avtobusun qiyməti minimum 100-150 min manat arasındadır, bunun tam yenilənməsi 525 milyon manat vəsait deməkdir".

E.Muradl deyir ki, bu xərcin çox hissəsi daşıyıcı şirkətlərin üzərinə düşür, amma son illərin təcrübəsi göstərir ki, daşıyıcı şirkətlərin şoxu bu işi görə bilmir: "Sadəcə, bir dəfə yatırım edib avtobus alıblar və düşünürlər ki, ölənə kimi də bu avtobuslar xidmət göstərməlidir və onun cibinə pul axmalıdır".

Ekspertə görə, artıq zaman dəyişib, dövlətin daşıyıcı şirkətlər qarşısında müəyyən tələbləri var, rəqabət güclənir, tələblərə cavab verə bilməyənlər sıradan çıxacaqlar.

E.Muradlı hesab edir ki, ictimai nəqliyyat sistemində köklü islahatlara ehtiyac var, belə nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi isə vəziyyətdən çıxış yoludur: "Nə qədər ucuz və keyfiyyətsiz olsa da məcburuq ki, bunu bəh-bəhlə, keyfiyyətli nəqliyyat vasitəsi kimi qəbul edək. Bununla da kifayətlənmək olar, amma "Karsan" avtobusuna komfortlu avtobus demək doğru deyil".