192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Mehman Əliyev: Azərbaycan qlobal pisləşmə prosesinin çempionlarından biridir
2019-02-09 14:05:46

Freedom House təşkilatının açıqladığı illik hesabatda bildirilir ki, Avrasiya ölkələrinin zəngin elitar təbəqəsi hakimiyyəti əldə saxlamaq üçün üstünlüklərindən sui-istifadə edir. Hesabata əsasən, Azərbaycan 2019-cu ildə də "azad olmayan" ölkələr kateqoriyasında qalır. Azərbaycanın Cənubi Qafqazdakı iki qonşusu - Ermənistan və Gürcüstan "qismən azad" ölkələr hesab edilir. Turan informasiya agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə Freedom House təşkilatının yeni hesabatı, Azərbaycanda insan hüquqları və medianın durumundan danışıb.

Freedom House təşkilatı bütün dünyada demokratiya və insan haqlarının müdafiə sahəsində 13 il bir-birinin ardınca vəziyyətin pisləşdiyini göstərib. Təşkilatın hesabatında dünyanın 50 ölkəsi, o cümlədən Azərbaycan “qeyri-azad” ölkə kateqoriyasında göstərilir.

“Bu, sensasiya deyil. Yeni xəbər də deyil. Çünki Freedom House özü də göstərir ki, dünyada 13 il dalbadal vəziyyət bu sahədə pisləşir qlobal olaraq. Azərbaycan əlbəttə ki, qlobal pisləşmə prosesinin çempionlarından biridir. 100 baldan 11 toplamışıq, yəni arxada gedən və “qeyri-azad” ölkələr sırasında son illər stabil olaraq bu mövqeyi saxlamışıq” – deyə Mehman Əliyev bildirib.

Freedom House-un hesabatında Azərbaycan insan hüquqlarının ən çox məhdudaşdırıldığı ölkələrlə bir sırada göstərilməsindən danışan Mehman hökumətin vətəndaş cəmiyyətinə qarşı sərt siyasi, hüquqi və informasiya siyasəti tətbiq etdiyini qeyd edib.

“Hesabatda da vurğulanır ki, ən yüksək bizdə 7 baldır. Biz tam bu prosesdə, yəni bu sahədə sıfır dərəcədəyik, çox pis gündəyik. Bilirsinizmi, bu ardıcıl olaraq vətəndaş cəmiyyətinə basqılar və hüquqların məhdudlaşdırılması, bu, ümumilikdə insan haqlarının ümumilkdə, siyasi hüquqlardan söhbət edir, azad toplaşmaq, sərbəst toplaşmaqdan, söz azadlığından söhbət gedir, azad seçki keçirmək məsələsindən keçir. Yəni demək olar ki, bütün parametrlər üzrə hakimiyyət öz sərt siyasətini ardıcıl olaraq aparır.

Mən xatırlatmaq istəyirəm ki, 2012-ci ildən başlayan, 2013, 2014-də demək olar ki yekunlaşan Azərbaycanda vətəndaş cəmiyyətinin tam fəaliyyətinin məhdudlaşdırılması, xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanda fəaliyyətinin xeyli məhdudlaşması,sıfır vzəiyyətinə gətirilməsi, ənənəvi mediaların sıradan çıxarılması, siyasi partiyalar, siyasi fəallara qarşı təzyiqlər, siyasi məhbuslar siyahısına görə biz demək olar ki, öndə gedən ölkələrdənik və bu gün ən aşağısı bizim 130 nəfər siyasi məhbusumuz var və Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin hesabatında 130 göstərilir, halbuki yerli hüquq müdafiəçiəri daha böyük rəqəmlər səsləndirir. Bu cəzaçəkməəsssilərində işgəncələr, təzyiqlər və bu yaxında hakimiyyət demək olar özü bunu artıq eşidib. Yəni ora işçi qrupu gedib, qeyri-hökumət təşkilatlarının nümayəndələri və prokurorluğa müraciət olunub ki, bu işlər araşdırılsın. Bu, əlbəttə beynəlxalq qurumların təzyiqləri altında baş verir. Çünki biz bilirik ki, ayın 5-i, 6-sı Azərbaycanda, Bakıda Azərbaycan hökumətinin Avropa Birliyinin işçi qrupu arasında danışıqlar prosesi davam edib yeni sazişin imzalanması, bağlanması ilə bağlı. Mən hesab edirəm ki, orada təpkilər, məhz bu məsələlər həmin o 5-i, 6-sı gündəmdə olan məsələlər müzakirə predmeti idi. Və ona görə də Azərbaycan hökuməti belə reaksiya göstərdi. ”

Mehman Əliyev müxalifət partiyalarının yanvar ayında siyasi məhbuslara azadlıq tələbi ilə keçirdiyi mitinqə toxunub.

“Mitinq də göstərdi ki, kütləvi mitinq idi. Kütləvilik çox böyük idi və onu göstərdi ki, Azərbaycanda narazılıqlar, etirazlar artmaqdadır. Bax bu həmin Azərbaycan hakimiyyətinin uzun müddət vətəndaş cəmiyyəti, ümumiyyətlə, cəmiyyətə təzyiqlərinin nəticəsidir.