192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Müsəlman Birliyi Hərəkatının fəalından 5 gündür xəbər yoxdur
2019-02-11 12:18:42

“İctimai fəal Bəxtiyar Bağırovdan artıq 5-ci gündür xəbər yoxdur”. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində məlumat yayıb.

Yaxınlarının dediyinə görə, Bəxtiyar Bağırov “Müsəlman Birliyi” Hərəkatının fəalıdır.

“Bəxtiyar Bağırov Bakının Bakıxanov qəsəbəsində çayxanaların birində olarkən bir neçə mülki geyimli şəxs tərəfindən saxlanılıb. Bağırovla birgə olanlardan biri onu saxlayanların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının olduğunu güman edir. Çünki, o həmin mülki geyimlərindən birini tanıdığını bildirir,” Bağırovun yaxınlarından biri Ameirkanın Səsinə bildirib.

Bununla yanaşı, yaxınları Bəxtiyar Bağırovun saxlanılmasının səbəbləri barədə məlumatsızdır.

Rəsmi qurumlar Bəxtiyar Bağırovun saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.