192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
2018-ci ildə Azərbaycanda insan haqlarının və demokratiyanın vəziyyəti daha da ağırlaşıb.
2019-02-11 17:17:00

“2018-ci ildə Azərbaycanda insan haqlarının və demokratiyanın vəziyyəti daha da ağırlaşıb. Bu il ərzində müxalifətə, vətəndaş cəmiyyəti fəallarına və jurnalistlərə qarşı təzyiqlər artıb. İstər beynəlxalq qurumların, istərsə də yerli hüquq müdafiə təşkilatlarının 2018-ci illə bağlı hesabat və rəylərinə diqqət yetirdikdə, 2017-ci illə müqayisədə bu sahədə ciddi irəliləyişin baş vermədiyini görmək olar. Azərbaycanda insan haqlarının vəziyyətinə dair göstəricilər azad olmayan ölkələr kateqoriyasına uyğun olub.” Bu barədə “Sumqayıt Gənclərinin Hüquqi Maarifəndirilməsi” İctimai Birliyi “2018-ci ildə Azərbaycanda insan haqlarının vəziyyəti: Siyasi repressiyalar” adlı heabatında deyilir.

Sənəddə bildirilir ki, 2018-ci ildə Azərbaycan Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı üzrə götürdüyü öhdəliklərə əməl etməyib.

“Azərbaycan hakimiyyəti insan haqları məsələsinə dair beynəlxalq təşkilatlarla aparılan danışıqlarda siyasi spekulyasiyaları davam etdirib. Hakimiyyət siyasi məhbus məsələlərinə görə, bütün beynəlxalq çağırışlara tam hörmətsizlik nümayiş etdirib. Azərbaycanda media azadlığının təmin olunması istiqamətində nəinki heç bir irəliləyiş baş verməyib, əksinə jurnalistlərin polis təzyiqlərinə məruz qalması adi hal alıb. Keçən il Azərbaycanda siyasi repressiyalar daha ağır vəziyyət alıb, hesabatda qeyd edilir.

Hesabatda insan hüquqları 2018-ci ildə medianın vəziyyəti, siyasi məhbuslar, işgəncələr və zorakılıq, vətəndaş cəmiyyəti, sərbəst toplaşmaq hüququ, növbədənkənar prezident seçkiləri, məhkəmə sistemi və tövsiyyələr bölməsində təhlil edilir.

Sənədin "medianın vəziyyəti" bölümündə həbsdə olan jurnalistlər və blogerlərin adları sadalanır, saytlara girişin bloklanması, cərimələr və jurnalistlərin inzibati həbsə məhkum edilməsi və cərimələnmələri barədə məlumatlar yer alıb.

“Azərbaycanda jurnalistlərin həbsinin başlıca səbəbi mediada hökumətin fəaliyyətini tənqid etməsi, ölkədə korrupsiya, rüşvətxorluq faktları ilə bağlı araşdırmalar aparması və diffamasiya ilə bağlıdır. Son 7 ildə Azərbaycanda siyasi hakimiyyət tərəfindən jurnalistlərin təzyiqlərə məruz qalması davam edib. Hakimiyyət 2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə jurnalistlərin həbsini davam etdirib və media təmsilçilərinin azadlığa buraxılmasına dair beynəlxalq təşkilatların çağırışlarına əməl etməyib, hesabatda qeyd edilir.

"Siyasi məhbuslar" bölümündə Avropa Şurasının sənədlərinə istinadən bildir ilir ki, Azərbaycan məhbusların sayına görə Avropada 3-cü yerdədir. Azərbaycanda hər 100 min nəfərə 248,5 nəfər məhbus düşür.

Əgər 2015-ci ildə Azərbaycanda siyasi məhbusların sayı 130 nəfər təşkil edirdisə, 2018-ci ildə bu göstərici 150 nəfərdən çox olub. Bu isə Azərbaycanda siyasi məhbusların sayının artdığını, onların azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətinin beynəlxalq çağırışlara əməl etmədiyini təsdiq edir. Azərbaycandakı siyasi məhbusları 3 kateqoriyaya aid etmək olar, - müxalifət fəalları, jurnalistlər və bloğerlər, dini baxışlarına və fəaliyyətinə görə həbs edilənlər.

Sənədin “İşgəncələr və zorakılıq bölümündə deyilir ki, 2018-ci ildə Azərbaycanda siyasi repressiyalar daha ağır vəziyyət alıb.

“Bu il ərzində ölkədə işgəncələr, zorakılıq halları davam etdirilib və bu proses çoxsaylı ölümlə nəticələnib. İşgəncələrdən və qətllərdən siyasi motivli əməliyyatlarda daha çox istifadə olunub,” sənəddə işgəncə halları və hüquq mühafizə orqanları tərəfindən silahlı müqavimət fonunda öldürüldüyü bildirilən insanların adları sadalanır.

“Sərbəst toplaşmaq hüququ bölümündə bildirlir ki, bu hüquq 2018-ci ildə daha çox məhdudlaşdırılıb.

“Azərbaycanın bölgələrində kütləvi aksiyaların, mitinqlərin, görüşlərin, piketlərin keçirilməsinə yerli icra hakimiyyəti orqanları tərəfindən heç bir halda icazə verilmir. İcazəsiz etiraz aksiyası keçirməyə səy göstərən vətəndaşlar isə polis zorakılığına məruz qalır. 2018-ci ildə mitinqlərlə bağlı çox sayda şəxs inzibati qaydada həbs olunub və yüzlərlə fəal polis idarələrinə aparılıb. Bakıda və regionlarda onlarla bitərəf və müxalifət partiyalarının üzvlərini polisə çağırıb mitinqə getməməklə bağlı xəbərdarlıq və təhdid ediblər.”

“Vətəndaş cəmiyyəti” böümündə deyilir ki, Avropa Şurası Parlament Assambleyasının 2018-ci ilin iyun sessiyasında Lüksemburqdan olan deputat İv Kruşenin təqdim etdiyi məruzədə də Azərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün şəraitin ciddi pisləşdiyi ölkələr siyahısına daxil edilib.