192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Azərbaycan ictimaiyyətinin siyasiləmiş hissəsində fəallığın dəyişməsi, radikallığa keçid müşahidə olunur“
2019-02-12 12:22:59

Turan informasiya agentliyi yazır ki, Azərbaycan ictimaiyyətinin siyasiləmiş hissəsində fəallığın dəyişməsi, radikallığa keçid müşahidə olunur. Digər tərəfdən, dövlət repressiya mexanizmlərini zəiflədir. Son dörd ayda Azərbaycan polisi saxlamalar həyata keçirməyib və məhkəmələr siyasətçiləri və jurnalistləri narkocinayətlər ittihamı ilə mühakimə etməyiblər, fəalların saxlanması isə 30 sutkayadək inzibati həbslərlə nəticələnib. Narkotik maddə dövriyyəsi ittihamı ilə sonuncu həbs 2018-cı ilin oktyabrında müsavatçı Azad Həsənovun barəsində olub.

Gəncədə baş vermiş kütləvi hadisələrdən sonra təhrikedici yazıların (hakimiyyətə qarşı) dərcində ittiham olunan jurnalistlər Mustafa Hacıbəylinin və Anar Məmmədovun məhkəmələri passiv keçir. Müttəhimlər azadlıqdadır. Əvvəllər belə proseslərdə müttəhimləri istintaq təcridxanasında saxlayırdılar. Altıncı dəfədir ki, jurnalist Fatimə Mövlanlını reportaj hazırlanmasına və etiraz aksiyalarında iştiraka görə küçədə saxlayıb polis bölməsinə aparırlar və hər dəfə də tez buraxırlar.

Hakimiyyətdə xalqı təəccübləndirən hadisələr baş verir. Qoruqlarda giləmeyvə yığımına görə cərimələrin üçqat artırılması barədə qərar bir sutkadan sonra ləğv edildi. Prezidentin fərmanı ilə Strateji Araşdırmalar Mərkəzi ləğv edildi. Ancaq iki ay keçməmiş iki analitik mərkəz yaradıldı: Sosial Araşdırmalar və Xarici Siyasətin Öyrənilməsi. "Ümid edirəm ki, yeni strukturlarda adekvat ekspertlər toplaşacaq və onlar real vəziyyətlə bağlı rəhbərliyə hesabat verəcəklər", - jurnalist Nicat Hacıyev sosial şəbəkədə yazıb.

İlk dəfə yüksək vəzifəli məmur (Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov) müasir kommunikasiya vasitəsilə birbaşa xalqla ünsiyyət yaradıb. Prezident şəxsən özü bloger Mehman Hüseynovla saxlandığı koloniyanın leytenantı arasındakı insidentə müdaxilə edib və blogerə qarşı cinayət işinin dayandırılmasına göstəriş verib.

"Cənablar, vəziyyət dəyişib. Xalq oyanıb. Başqa vaxt videokamera görəndə qaçan vətəndaşlar indi özləri jurnalistə tərəf gəlir, düşündüklərini söyləyirlər. Məni həbs etməyin mənası varmı? Xalq mənsiz də sözünü deməyə adam tapacaq", - Fatimə Mövlanlı sual edir.

REAL Partiyası Məclisinin sədri Azər Qasımlı hesab edir ki, hakimiyyətlə xalq arasında elə dərin uçurum yaranıb ki, onu görməmək mümkün deyil. Hakimiyyət əvvəlkitək baş verənlərə məhəl qoymaya bilmir, başa düşür ki, vəziyyət daha da pis olar. Hakimiyyətdə ziddiyyətləri süni yolla həll etməyə çalışırlar. Problemlərin həllinin əvəzində prezidentin reytinqinin yüksəldilməsi üçün hərəkətlər fikirləşirlər. İslahat imitasiyası edirlər.

A.Qasımlı müşahidə olunan zəifləməni, həmçinin gözlənilmədən minimum əməkhaqqının xeyli artmasını (2019-cu il martın 1-də 180 manat olacaq (130 manat idi) müxalifətin böyük sayda etirazçı vətəndaşın iştirak etdiyi 19 yanvar mitinqinin effektivliyi ilə izah edir.

Hökumət tərəfindən bloklanmış Basta.info saytının baş redaktoru Mustafa Hacıbəyli xatırladır ki, əvvəllər müavinət və əmək haqlarının artırılması seçki ərəfəsində baş verirdi. Amma indi şəhid ailələrinə 11 min manat müavinətin verilməsi və minimal əməkhaqqının 38% artırılması seçki prosesi ilə əlaqəli olmadan baş verdi. Hakimiyyət xalqın narazılığı altında geri çəkilməyə məcburdur.

A.Qasımlı baş verənlərdən məmnun deyil və islahatların olmadığını söyləyir. Bu, özünü onda göstərir ki, ləğv edilmiş SAM-ın yerində iki yeni analitik mərkəzi yaradılıb: Sosial və Siyasi Araşdırmalar. Çox güman ki, yeni qurumlara bağlanmış SAM-ın işçiləri cəlb edilib. Əgər mahiyyət yox, görüntü və struktur dəyişibsə, bunun nəyi islahatdır? Beynəlxalq münasibətləri qeyri-hökumət təşkilatları, institutlar və müstəqil ekspertlər öyrənməlidir, hakimiyyətə bağlı olan və yaradılan mərkəzlər yox", - o qeyd edib.

"Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun xalq ilə birbaşa ünsiyyəti dövlətin siyasətindəki dəyişiklikdən irəli gəlmir. Əgər hakimiyyət gerçəkdən xalqla yaxınlaşmaq qərarına gəlibsə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, gənclər və idman naziri Azad Rəhimov, səhiyyə naziri Oqtay Şirəliyev, vergilər naziri Mikayıl Cabbarov və digərləriylə də vətəndaşların birbaşa ünsiyyəti təşkil olunardı. Nazirlər Kabinetinin cərimələr barədə fərmanının prezident tərəfindən ləğvi hökumətn qeyri-məhsuldar işindən xəbər verir", - A.Qasımlı əlavə edib.

İqtisadçı Rövşən Ağayev də real islahatlar görmür. "İslahatlar ilə məşğul olan hökumət ilk növbədə onların hesabatlılığını təmin etməlidir. Hesabatlılıq şəffaflıq üçün lazımdır, şəffaflıq isə islahatların nəticəsinin olması üçün lazımdır. Ancaq bu, yoxdur. İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytında son yenilənmə 2015-ci il tarixinədir. Mərkəzi Bank 90 səhifəyə qədər olan beşillik hesabatı qısaldaraq saytda 13-15 səhifə yerləşdirib", - R.Ağayev dövlət hesabatlarının qapalı olmasına toxunub.

"Yuxarılarda narahatlıq hiss olunur!, - analitik Şahin Cəfərli deyib. İctimai rəy əvvəlki illərdən fərqlənir. Problemlərə cavab olaraq hakimiyyətin reaksiyası və addımları sistemin çıxılmaz vəziyyətdə olduğunu göstərir. Hiss olunur ki, onlar əvvəlki metodlarla idarəetmənin mümkün olmadığını başa düşürlər və çıxış yolları axtarırlar. Bu, yaxşıdır..

Problemin həllində sehrli, qeyri-adi, fövqəladə metodlar lazım deyil. Sadə çıxış yolu var: Azərbaycan Konstitusiyasında yazılmış hüquq və azadlıqlara əməl etmək Konstitusiyanın ikinci hissəsində ikinci maddədə vətəndaşların seçmək və seçilmək hüquqlarından danışılır. Əgər həmin konstitusiya tələbi yerinə yetirilərsə, vətəndaşlar özlərini ölkənin əsl sakinləri və sahibləri hiss edərlər. Əgər qarşıdakı parlament seçkilərində (2020-ci ildə) adamlar həqiqətən seçə bilsələr, cəmiyyətdə toplanmış və hakimiyyəti narahat edən aqressiya yox olar, dövlət siyasəti isə xalqın dəstəyini qazanar. Əks halda həll palliativ effekt çərçivəsindən kənara çıxmayaraq, xəstəlik isə inkişaf edəcək", - Şahin Cəfərli vurğulayıb.