192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Baku Steel Company” şirkəti 250 işçini məzuniyyətə buraxdı
2018-11-07 16:05:00

“Bakıda yerləşən “Baku Steel Company” şirkətinin müəssisəsinin qapısı plomblanaraq işçilər öz hesablarına məzuniyyətə göndərilib”.

Bizimyol.info xəbər verir ki, bu barədə adıçəkilən şirkət əməkdaşı  bildirib. Onun sözlərinə görə, artıq iki həftədir ki, şirkətin qapısı möhürlənib və 250-yə yaxın işçi öz hesabına məzuniyyətə göndərilib.

Şirkət işçisi həmçinin onu da qeyd edib ki, “Baku Steel Company” şirkətinin Sumqayıtda yerləşən “Azərboru” qolunda da anoloji vəziyyət yaranmaq üzrədir. Belə ki, Sumqayıtda yerləşən və “Baku Steel Company” şirkətinin bir qolu olan “Azərboru” qolunda çalışan işçilərinin də bir ay ərzində öz hesablarına məzuniyyətə göstəriləcəyi bildirilib.

Müraciət edən şəxsin sözlərinə görə “Azərboru” qolunda 450 nəfərə yaxın işçi çalışır.

Məsələ ilə bağlı “Baku Steel Company” şirkətinin mətbuat xidmətinin rəhbəri olan Sevinc Əliyeva ilə əlaqə saxlanılmayıb.