192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Taleh Bağırovun ailəsi narahatdır
2019-02-12 17:16:00

«Dünən də zəng günü idi, amma yenə zəng eləmədi. Əminəm ki, onunla bağlı nəsə xoşagəlməz hal yaşanır. Yoxsa bilə-bilə ki, ondan narahatıq, anasının səhhəti yaxşı deyil, bizi belə xəbərsiz qoymazdı...», – «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə AzadlıqRadiosuna danışır.

Həyat yoldaşının saxlandığı Qobustan həbsxanasında aclığı davam etdirməsi barədə müxtəlif mənbələrdən xəbər tutduğunu deyən L.İsmayılzadənin sözlərinə görə, T.Bağırovun aksiyaya başlamasından 13 gün keçir. Amma bu müddətdə nə ailə üzvləri onunla danışa bilib, nə də vəkili.

T.Bağırov sonuncu dəfə yanvarın 28-də ailəsi ilə telefonla əlaqə saxlayıb. O vaxtdan sonra həftədə iki dəfə telefon danışığı hüququ olsa da, danışmayıblar. Vəkili Bəhruz Bayramov da fevralın 8-də onunla görüşməkdən ötrü Qobustan həbsxanasına gedib. Vəkilin ailəyə bildirdiyinə görə, həbsxananın əməkdaşları ona T.Bağırovun görüşdən imtina etdiyini söyləyib.