192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Gəncə olayları zamanı tutulana hökm oxunub
2018-11-09 17:59:00

«Gəncə olayları zamanı həbs edilən Rza Səfərsoy Səbail Rayon Məhkəməsinin hökmü ilə iki il azadlıqdan məhrum edildi».

Bunu AzadlıqRadiosuna R.Səfərsoyun həyat yoldaşı Təranə Səfərsoy deyib. O bildirib ki,  R.Səfərsoy Facebook-dakı statuslarına görə məhkum edilib. T.Səfərsoyun sözlərinə görə, həyat yoldaşı qətldə günahlandırılan Yunis Səfərovun həbsindən sonra durumundan narahatlıq ifadə edən statuslar yazıb, ictimaiyyəti onu tək qoymamağa çağırıb, ardınca, iyulun 9-da həbs edilib.

Xanımının deməsinə görə, ona Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddəsi ilə ittiham irəli sürülüb.

«Səbail Rayon Məhkəməsi noyabrın 7-də ittihamı təsdiqlədi. Rza 2 il müddətinə azadlıqdan məhrum olundu», - xanımı qeyd edib.

Hüquq müdafiəçisi Oktay Gülalıyev isə AzadlıqRadiosuna deyib ki, R.Səfərsoyla bağlı hökmdən apellyasiya şikayəti veriləcək.