192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ABŞ-da İlham Əliyev rejiminə qarşı sanksiya yenidən gündəmə gəldi
2019-02-13 10:58:58

Avtoritar rejimlərin insan haqlarını pozmasına, o cümlədən tənqidçi jurnalistləri təqib etməsinə qarşı Qlobal Maqnitski Qanununu tətbiq etməyə dair Vaşinqtonda müzakirələr keçirilib.

Vaşinqtondakı Milli Mətbuat Klubunda fevralın 11-də keçirilən müzakirədə Dövlət Departamentinin yüksək vəzifəli məmurları, ABŞ qanunvericiləri və jurnalistlər iştirak ediblər.

Obama administrasiyasında dövlət katibinin köməkçisi olmuş konqresmen Tom Malinovski bildirib ki, avtoritar rejimlər korrupsiyaya görə təqib ediləndə bir qədər həssas olurlar, öz xalqını incitdiyinə görə təqib olunanda isə daha həssar olurlar. Onun fikrincə, xoşbəxtlikdən ABŞ-ın əlində avtoritar rejimlərə qarşı güclü Qlobal Maqnitski Qanunu kimi güclü alət var.

Malinovski xatırladıb ki, 2017-ci ildə Konqresin qəbul etdiyi Qlobal Maqnitski Qanunu ABŞ prezidentinə bütün dünyada insan hüquqlarının pozulmasına, korrupsiyaya görə məsuliyyət daşıyan istənilən şəxsə sanksiya tətbiq etməyə səlahiyyət verir. O bu qanunu “dərin effektiv və mühüm alət” adlandırıb.

“Əgər biz Səudiyyə Ərəbistanı ilə münasibətdə insan hüquqlarının müdafiəsi üçün alətdən istifadə etsək, bizim dəyərləri bizim münasibətlərdən üstün tutmaq lazımdır”, – deyə Malinovski “Washington Post”un şərhçisi, səudiyyəli dissident Camal Kaşıkçının qətlini nəzərdə tutaraq deyib.

Human Rights First-də siyasət üzrə baş vitse-prezident və dövlət katibinin demokratiya məsələləri üzrə keçmiş müavini Rob Berşinski də çıxışında Kaşıkçının qətlinə toxunaraq deyib ki, bu iş sadəcə qətl deyil, daha geniş auditoriya üçün mesajdır: “Bu mesaj bütün avtoritar hökumətlərdən gəlir və belə səslənir ki, əgər bizi tənqid etməyə və ya bizim amansız olmağımız, korrupsiyamız haqda faktları açıqlamağa cəsarətiniz çatarsa, arxanızca gələcəyik. Siz heç yerdə təhlükəsiz durumda olmayacaqsınız. Belə yanaşmanın işləməsinə yol vermək olmaz”.

Jurnalistləri Müdafiə Komitəsindən maraqların müdafiəsi üzrə direktor Kortni Radş isə çıxışında Azərbaycanın da adını çəkib. Bildirib ki, Azərbaycan kimi insan haqlarını, xüsusilə də jurnalistlərin hüquqlarını kobud şəkildə pozan bəzi ölkələrə Qlobal Maqnitski Qanununu tətbiq etməmək məyusluq doğurur.

“Bütün dünyada qətlə yetirilmiş jurnalistlərin işi üzrə 10 haldan 9-da ədalətə çatmaq mümkün olmur. Bu, bəzən siyasi iradənin və institusional potensialın olmamasından irəli gəlir.

Sanksiyalar yüksək vəzifəli məmurların maraqlarına yönəlib. Bu, sanksiyaların təsirini yaxşılaşdıracaq və artıracaq. Məqsəd sadəcə aşağı səviyyəli məmurları cəzalandırmaq deyil, həm də hakimiyyətə, nüfuza sahib olanları əhatə etməkdir. Bizim can atdığımız budur”, – deyə o, qeyd edib.