192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Şamaxıda vulkan püskürüb
2019-02-13 13:34:57

Fevralın 13-ü səhər saatlarında Şamaxı rayonunun Quşçu kəndində vulkan püskürməsi baş verib.

Bunu Şamaxı Rayon İcra Hakimiyyətindən bildiriblər.

İcra hakimiyyətindən Quşçu kənd ərazi icra nümayəndəsinə istinadən bildirilib ki, vulkan kənddən 150 metr kənarda, əkin sahələrinə yaxın ərazidə yerləşir.

«Hadisənin səhər saat 6 radələrində baş verdiyi deyilir, püskürmənin hündurlüyü təxminən 4-5 metr olub. Hazırda püskürmə dayanıb, amma ocaqda proses başa çatmayıb, ərazi nəzarətə götürülüb».

İcra hakimiyyətindən deyiblər ki, hadisə nəticəsində sakinlərə və evlərə ziyan dəyməyib.

2018-ci il yanvarın 16-da da həmin palçıq vulkanı püskürmüşdü. Həmin vaxt Coğrafiya İnstitutunun əməkdaşları - Elxan Məmmədbəyov Mirnuh İsmayılovbildirmişdilər ki, Quşçu palçıq vulkanı seysmik cəhətdən aktiv zonada yerləşdiyindən onun gələcəkdə daha güclü püskürmə ehtimalı var.

Quşçu palçıq vulkanı Şamaxı şəhərindən 20 km cənubda, Ləngəbiz silsiləsi üzərində eyniadlı kənddən 150-200 metr şimal-şərqdə yerləşir.

Quşçu vulkanı son 100 ildə bir neçə dəfə güclü püskürməyə məruz qalıb.