192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda daha iki bank bağlanır
2019-02-13 14:29:47

"Modern.az" saytında "Azərbaycanda daha iki bank bağlanır" sərlövhəli məqalə oxumaq olar.

Müəllif ölkənin bank sisteminin vəziyyətini ekspert Natiq Cəfərli ilə araşdırır.

Müəllif iddia edir ki, Azərbaycanda daha iki bank bağlanmaq təhlükəsilə üz-üzədir və maliyyə bazarlarındakı mənbələrə istinadən Maliyyə Bazarlarına Nəzarət Palatasının bununla bağlı qərarını yaxın vaxtlarda açıqlayacağnı bildirir.

Yazı müəllifinin deməsinə görə, artıq hər iki bankın rəhbərliyinə rəsmi məktub da göndərilib, bankların rəsmi olaraq bağlanması elan olunmasa da, artıq əmanətçilər öz əmanətlərini geri çəkmək istəyir.

Müəllif iddia edir ki, bankların maliyyə resursları tükəndiyindən əmanətlərin geri qaytarılmasında problemlər yaşanır, hər iki bankın adı məlum olsa da müştərilər arasında yarana biləcək ajiotajı nəzərə alaraq, hələlik onların adları çəkilmir.

İqtisadçı- ekspert Natiq Cəfərli isə "modern.az"a bildirib ki, bankların bağlanmaq təhülkəsinin davam etməsi 2015-ci ildə baş vermiş iki devalvasiyanın bank sistemində nəticələrinin hələ də aradan qaldırılmaması ilə əlaqəlidir.

"Devalvasiyalardan sonra bankların mövcud durumu, vaxtı keçmiş kreditlərin geri qaytarılmasında yaranan problemlər, kapitallaşma səviyyəsinin aşağı olması və s. davamlı olaraq gedir. Proseslərin gedişində isə dövlət proqramı qəbul olunmadı, hökumət bankların xilası ilə bağlı hər hansı addımlar atmadı. Zəif banklar getdikcə daha da ağır duruma düşməyə başladılar".

N.Cəfərliyə görə, burada iki çıxış yolu yolu var, ya bank təsisçiləri öz vəsaitləri hesabına kapitallaşmanı artırmalıdır. ya da Mərkəzi Bank ən azından uçot dərəcəsi səviyyəsində aşağı faizli kreditlər təklif etməlidir.

Ekspert deyir ki, heç biri olmadı deyə, bəzi zəif banklar, kapitallaşma problemini həll edə bilmədilər, problemli kreditlərin həcmi isə həmin banklarda digərlərinə nisbətən daha yüksəkdir: "Bu nəticəyə gəlmək olar ki, bu iki bankın timsalında daha bir neçə çürük bank bazarı tərk etmək məcburiyyətində qalacaq.

Necə ki, bir neçə il əvvəl 10 bankın ard-arda bağlanmasının şahidi olduq. Bu il ərzində yuxarıda sadaladığım səbəblərdən iki və daha çox bankın bağlanması ehtimalı çox yüksəkdir".

N.Cəfərlinin deməsinə görə, hazırda təhlükə ilə üz-üzə qalan hər iki bankda maliyyə resursları tükənib, hətta müştərilərin əmanətlərini geri götürməsində problemlər yaranıb, Əmanətlərin Sığortalanması Fondu isə vəsaiti olmadığı üçün əmanətçilərə heç bir yardım göstərə bilmir.

Ekspertə görə, bir müddət sonra Mərkəzi Bank bu banklarda olan əmanətlərin qaytarılması üçün Fonda vəsait ayırmağa məcbur qalacaq.