192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ali Məhkəmə AXCP fəalının kassasiya şikayətini təmin etməyib
2019-02-13 16:32:00

Bu gün Azərbaycan Ali Məhkəməsi AXCP Gənclər Komitəsinin üzvü, həbsdə olan Fuad Əhmədlinin kassasiya şikayətini təmin etməyib.

Fəalın atası Zəfər Əhmədov Turan-a bildirib ki, şikayət birinci məhkəmə instansiyasının və Apellyasiya Məhkəməsinin Fuadın cəza müddətinin üçdə birini çəkməsilə əlaqədar cəzanın yumşaldılmasından və məntəqə tipli koloniyaya köçürülməsindən imtina etməsilə bağlı verilmişidi. Hazırda F.Əhmədli cəza müddətinin yarıdan çoxunu çəkib.

Fuad Əhmədli 2018-ci il avqustun 17-də "operativ-axtarış fəaliyyəti haqqında qanunun normalarının pozulması", əsasən "Azerfon" mobil rabitə istifadəçilərinin şəxsi məlumatlarının yayılması kimi uydurma ittihamla həbs olunub. Bundan əlavə, onu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham ediblər.

2017-ci il iyunun 16-da F.Əhmədli 4 il azadlıqdan məhrum edilib. Avqustun 17-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. F.Əhmədli siyasi məhbus kimi tanınıb.