192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bakıda qəzalı binada yaşayan 30 ailənin həyatı təhlükədədir
2019-02-13 16:25:40

Nərimanov rayonunun Vladimir Mayakovski küçəsi, bina 9/8 ünvanında yaşayan 30 ailənin həyatı təhlükə altındadır, özü də elə yaşadıqları evin içində. Söhbət 1934-cü ildə tikilmiş, hazırda qəzalı vəziyyətdə olan binadan gedir.

Bina sakinləri Oxu.Az-a bildiriblər ki, təhlükə mənbəyinə çevrilmiş binada bir neçə ay əvvəl yaşlı qadın yıxılaraq vəfat edib.

Sakinlərin sözlərinə görə, vəziyyətlə bağlı dəfələrlə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmələrinə baxmayaraq, hələ də nəticə əldə edə bilməyiblər.