192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Baş naziri Kiprin Müdafiə nazirinə: “Ermənistan Kipr ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlıdır”
2019-02-14 11:07:29

Baş nazir Nikol Paşinyan rəsmi səfərdə Yerevanda olan Kipr Respublikasının Müdafiə naziri Savas Angelidisi qəbul edib ER hökumətindən verilən məlumata görə, Nikol Paşinyan qeyd edib ki, ER Kipr ilə müxtəlif istiqamətlərdə , o cümlədən Ermənistan hökumətinin məlumatına görə, Nikol Paşinyan qeyd edib ki, Ermənistan hökuməti müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və müdafiə sahələrində Kiprlə əməkdaşlığı inkişaf etdirmək və genişləndirməkdə maraqlıdır. O, Ermənistan və Kiprin Ali müdafiə idarələri arasında aktiv əməkdaşlığı və birgə proqramların həyata keçirilməsində maraqlıdır.Savas Angelidis, ölkəsinin Ermənistanla dostluq əlaqələrinin daim inkişafına böyük əhəmiyyət verdiyini qeyd etdi. Kipr Müdafiə naziri, erməni həmkarı ilə effektiv müzakirələr aparıldığını və 2019-cu il üçün əməkdaşlığın əsas istiqamətləri və proqramlarını qeyd etdi. Həmsöhbətçilər hərbi sahədə əməkdaşlıq məsələlərini, xüsusilə birgə layihələrdə texnoloji həllərin tətbiq edilməsi, konkret layihələrin həyata keçirilməsində xüsusi addımların atılmasını, müxtəlif hərbi təhsil proqramlarının icra edilməsi imkanlarını müzakirə ediblər. Onlar həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələlərinə, eləcə də Ermənistan və Kiprlə çoxtərəfli əməkdaşlıq imkanlarına toxundular. Baş nazir Nikol Paşinyan Kiprin Erməni Soyqırımı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərində göstərdiyi mövqeləri üçün təşəkkür bildirdi.