192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Tomas Buksbaum:” Ermənistanda keçirilmiş demokratik islahatlar alqışa layiqdir”
2019-02-14 11:22:06

Ermənistan Respublikası Milli Parlamentinin bir qrup deputatı Şərq Tərəfdaşlığı məsələləri üzrə Avropa Birliyinə üzv ölkələrin xüsusi səfirləriylə görüşmüşdür.Avstriya Respublikasının Avropa İnteqrasiya və Xarici işlər nazirliyinin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Tomas Buksbaum qeyd edib ki,onların səfərinin məqsədi Ermənistanda islahat proqramı ilə tanış olmaqdan ibarətdir. O, Ermənistanda baş verən demokratik islahatları alqışladı və onların həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını bir daha qeyd etdi.Tərəflər ölkəmizdə hakimiyyət dəyişikliyindən sonra , yaranmış vəziyyətə iqtisadi inqilab nəzəriyyəsinə , demokratiyanın inkişafı mübarizələrinə, islahat prosesində vətəndaş cəmiyyətinin inkişafına, anti-korrupsiya strategiyası və ER-AB əməkdaşlığından sonra vəziyyətlə bağlı məsələlərə dair müzakirə ediblər.Erməni parlamentarları əmin etdilər ki, Avropa Birliyi ilə tərəfdaşlıq Ermənistan üçün çox  əhəmiyyətlidir. Artıq Ermənistanla AB-i arasındakı əlaqələrin inkişafında və islahatların effektiv həyata keçirilməsində üzv dövlətlər tərəfindən hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq müqaviləsinin (CEPA) sürətli ratifikasiyası vurğulanmışdır. Müqavilə çərçivəsində parlamentarlar AB-də viza rejiminin sadələşdirilməsində irəliləyiş qeyd etdilər.