192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan regionlarında ticarətin 50 faizi nisyədir
2019-02-14 14:19:00

«Yeni Müsavat» qəzetində «Regionlarda «nisyə dəftəri» problemi-sorğu» sərlövhəli yazı oxumaq olar.

Müəllif Sosial Strateji Tədqiqatlar Mərkəzinin regionlarda pərakəndə ticarət müəssisələrində keçirdiyi sorğu barədə qurumun rəhbəri İlqar Hüseynlə söhbət edib.

Mərkəz rəhbəri bildirib ki, sorğu ölkənin 3 regionunda 20 müxtəlif xidmət fəaliyyəti ilə məşğul olan kiçik və orta sahibkarları (KOS) əhatə edib. Onun deməsinə görə, sorğuda əsas məqsəd nisyə satış məsələlərini araşdırmaq olub: «10-15 min manat, 15-25 min manat və 25-50 min manat dövriyyəsi olan KOS subyektlərində vətəndaşlarla ticarət münasibətində əhəmiyyətli rol oynayan «nisyə» satış məsələlərini araşdırmışıq».

İ.Hüseynovun vurğulamasına görə, nəticədə maraqlı rəqəmlər ortaya çıxıb: «Aylıq dövriyyəsi 10-15 min manat olan KOS-lar vətəndaşlara 2017-2018-ci illər ərzində 5850, aylıq dövriyyəsi 15-25 min manat olanlar 8340, aylıq dövriyyəsi 25-50 min manat olanlar isə 12800 dəfə nisyə satış ediblər. 2019-cu ilin yanvar ayına birinci kateqoriyada nisyədən geri qaytarılmayan məbləğin miqdarı 22.4 faiz, ikincidə 28.7 faiz, üçüncüdə isə 38 faiz təşkil edir. Yəni, bu rəqəmlər onu deməyə əsas verir ki, ölkənin regionlarında vətəndaşlar arasında ticarət münasibətlərinin az qala 50 faizini nisyə mübadilə təşkil edir».

Müəllif vurğulayıb ki, hazırda Vergilər Nazirliyi bir çox istiqamətlər, o cümlədən kassadankənar satışlara görə ağır məbləğli cərimələr tətbiq etməyə başlayıb: «Regionlarda «nisyə» satış demək olar ki, çox ciddi bir sosial partlayışın qabağını almaqda davam edir. Əks halda, vətəndaşların böyük əksəriyyətinin nağd hesablaşmalar etmək imkanları yoxdur. İstər müəllimlər, istərsə də pensiyaçılar aylıq maaş və pensiyaların ümidindədirlər.... Bəs nisyə satışla olan münasibətlər Vergilər Nazirliyinin əməkdaşları və sahibkarlar arasında necə tənzimlənməlidir?».

İnterfaks-Azərbaycan isə, yazır ki, 2018-ci ildə Azərbaycanda banklar tərəfindən ümumilikdə 7,4 mlrd. manat (4,3 mlrd. dollar) məbləğində kredit verilib.

Bunu, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən Asim Zülfüqarov deyib.

"2018-ci il ərzində Azərbaycanda banklar 7,4 mlrd. manat kredit verib. Bunun 4,3 mlrd. manatı biznes kreditlərin payına düşür. Verilmiş biznes kreditlərinin həcmi 2017-ci illə müqayisədə 7,2% artıb", - deyə o, bu gün Bakıda keçirilən seminarda bildirib.

A.Zülfüqarovun sözlərinə görə, ötən il verilmiş kreditlərin ümumi həcminin 70%-dən çoxu milli valyuta ilə verilib.