192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
"Realliq.info saytının redaktoru aclıq aksiyası keçirir
2019-02-14 17:56:33

"Realliq.info saytının Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılan redaktoru İkram Rəhimov 4-cü gündür aclıq edir. Onun səhhətində ciddi problemlər yaranıb."

Bu barədə Amerikanın Səsinə jurnalistin ailəsindən bildiriblər.

Ailə üzvlərinin sözlərinə görə, Rəhimov səs nümunələrinin saxtalaşdırılmasına etiraz edir.

Fevralın 12-də Dövət Təhlükəsizliyi Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinəistinadən yerli mediada İkram Rəhimovun səsi olduğu bildirilən və insanlardan pul tələb edildiyi əks olunan audio-video reportaj yayılıb. Repotajın yerli mediada yayılması jurnalistlə bağlı istintaqın davam etdiyi vaxta təsadüf edir.

Ailə üzvləri İkram Rəhimova istinadən həmin materialda yayılan səsin saxta olduğunu bildirir.

Öz növbəsində, Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən jurnalistin aclıq etməsi və reportajla bağlı münasibət öyrənmək mümkün olmayıb.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi jurnalist barədə həbs qətimkan tədbiri seçib.

O, həbsindən öncə Azərbaycan prezidentin köməkçisini tənqid etdiyinə görə izlənildiyini bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında İkram Rəhimov başqalarından pul tələb etməkdə günahlandırılır.