192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ekspertlər: “Sosial şəbəkələrə istənilən qadağa zərərlidir”
2019-02-14 15:44:00

Azərbaycan hakimiyyəti sosial şəbəkələrdə öz ünvanına tənqidlərin, əsasən də təhqiramiz ifadələrin artmasından narahatdır.

Lakin bu, Facebook-dakı müxalif əhval-ruhiyyəli fəalların illərlə qanunvericiliyi və etik normaları pozaraq eyni hərəkəti edən hakimiyyətin analoji hərəkətlərinə cavabıdır.

İnternetdə təhqiramiz polemikanın inkişafı onu göstərir ki, hakimiyyətyönlü trollar artan müxalif informasiya təzyiqinin altında öz mövqelərini itirirlər.

Bu tendensiya hakimiyyəti yaranmış vəziyyətdən çıxış yolunu axtarmaq üçün forum keçirməyə məcbur edib. Fevralın 13-də hakim Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında siyasətçilərin və ekspertlərin görüşü keçirilib.

"Multimedia" QHT-nin rəhbəri Osman Gündüz Facebook səhifəsində tədbirin faydalı olduğunu bildirib. Deputatlar Əli Əhmədov (baş nazirin müavini), Azay Quliyev və Bahar Muradova İnterneti məhdudlaşdırmaq niyyətinin olmadığını deyiblər. Eyni zamanda sosial şəbəkələrin "zərərli informasiya"dan təmizlənməsinin vacibliyini qeyd ediblər.

"Əli Əhmədovun yekun çıxışında mənfi tendensiyalara qarşı mübarizə sahəsində "digər texniki vasitələr də var və onlardan da istifadə məsələsinə baxıla bilər" fikrini anlamadım.

Əgər burada söhbət hansısa antidemokratik ölkələrin istifadəçiləri izləmək məqsədilə tətbiq etdiyi müxtəlif gizli , qeyri-qanuni proqram təminatlarından gedirsə biz bunu dəstəkləmirik. Düşünürük ki, bu, Azərbaycana başucalığı gətirməz", - O.Gündüz yazıb.

Onun firkincə, problemin həlli özünü tənzimləmə və ictimai qınaq məsələlərinə üstünlük verməkdədir. Həmçinin maarifçilik işləri aparılmalı,
hüquqi tənzimləmələrdən, məhkəmə praktikasından istifadə olunmalıdır.
İctimai faydalı insanların, millət vəkillərinin, məmurların və rəsmilərin sosial mediaya gəlməsinə çalışmaq, AzNet-i, sosial medianın Azərbaycan seqmentini, milli kontenti inkişaf etdirmək lazımdır.

"Sosial mediaya yalnız ictimai müzakirə platforması olaraq yox, biznes məkanı və s. digər daha geniş aspektən yanaşmaq lazımdır.

Hansısa istənilən məhdudlaşdırmaları, şəxsiyyət vəsiqəsilə qeydiyyatı, deputatların bu istiqamətdəki çıxışlarını və s. məqbul hesab etmirik", - O.Gündüz qeyd edib.

Xatırladaq ki, ötən gün Yeni Azərbaycan Partiyasında keçirilən müzakirələrdə həmin partiyadan deputat, parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev "xaricdən gələn təhlükəsizliyə hədələr və təhqirlərlə əlaqədar" sosial şəbəkələrin bağlanmasına çağırıb. O, "milli sosial şəbəkələr"in yaradılmsını təklif edib. Baş nazirin müavini, Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədiov isə sosial şəbəkələrdə "özünü qanunla müdafiə etməyin mümkün olmamasından" şikayətlənib.

"Azərbaycanda bu problemin qarşısını almaq üçün hüquqi normalar var, ancaq bunun tətbiq edilməsi mexanizmi mövcud deyil. Bəzi ölkələr bu problemin qarşısını almaq üçün İnternetin məhdudlaşdırılmasına da gedirlər. Mən İnternetin məhdudlaşdırılmasının tamamilə əleyhinəyəm, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın", -Ə.Əhmədov bildirib.

Sosial şəbəkələrdə azərbaycanlı blogerlər və oxucular mümkün qadağanedici planları fəal müzakirə edirlər.

Qlobal sosial şəbəkələrə girişin bağlanmasını təklif etmək nəinki zərərlidir, hətta mənasızdır. Sosial şəbəkələrdə faydalı informasiya çoxdur, bu, dünya ictimaiyyətinin Azərbaycan haqda məlumatlandırılması üçün meydançadır. Nəhayət, ölkə daxilindəki tendensiyaları izləmək üçün yaxşı alətdir.

Cəmiyyət milli sosial şəbəkənin yardılmasını qəbul etməz, bu, yalli.az. saytı ilə bağlı sübut edilib, bloger Həmid Həmidov yazıb.

Azərbaycanda sosial şəbəkələrdə məhdudiyyət yoxdur, ancaq ondan çox müxtəlifyönlü sayta giriş bağlanıb. Lakin istifadəçilər bu maneələri keçmək üçün proqramlardan istifadə edirlər. Onlar bu proqramları İnternetdən pulsuz yükləyirlər.