192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda yeni ''ONA'' adlı informasiya agentliyi yaradılır
2019-02-15 12:22:19

Azərbaycanda yeni informasiya agentliyi yaradılır. Yeni agentliyin ötən ilin avqustunda qapadılan APA-nın bazasında yaradıldığı güman edilir. Belə ki, 11 fevral 2019-cu ildə Vergilər Nazirliyində “Online Nyus Agency” Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçən qurumun qanuni təmsilçisi Vüsalə Mahir qızı Abışovadır. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı kimi V.Mahirqızının Zabratdakı evi göstərilir.

İnternetdə “Ona.az” domeni isə Zaur Arif oğlu Xəlilovun adına qeydiyyata alınıb. Zaur Xəlilovun qeydiyyat səhifəsindəki e-mail ünvanı da “apa” ilə başlayır. Zaur Xəlilov APA Holdinqin maliyyə meneceri, Vüsalə Mahirqızının isə bacısının həyat yoldaşıdır.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Z.Xəlilova suallar ünvanlasa da, cavab ala bilməyib. Vüsalə Mahirqızı isə xəbərə münasibət bildirmək istəməyib. Yalnız onu deyib ki, belə bir sayt və işçiləri yoxdur.

Amma adının açıqlanmasını istəməyən keçmiş APA əməkdaşları Meydan TV-yə yeni agentlikdə işləmək üçün təklif aldıqlarını deyiblər. Onu da deyiblər ki, yeni yaradılan agentliyin tərkibinə qatılan saytlar – “Lent.az”, “vesti.az” və s. əvvəlki adı ilə yayımlanacaq.

“APA” informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərirdi. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında “APA Holdinq” təsis olunub. Holdinqə Azəri Press Agentliyi, “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC, APA TV, “APA ADVERTİSEMENT PR” MMC, “APA SERVİS” MMC daxil idi.

Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri Nurşən Quliyev olub.

Agentliyə məxsus saytlara giriş 2018-ci ilin avqustun 1-də dayandırılıb.

Səbəb kimi elə həmin gün Prezident İlham Əliyevin müharibə veteranlarına avtomobil və evlərin verilməsi ilə bağlı keçirilən mərasimdəki çıxışının səhv yazılması göstərilib.

Günlərlə sosial şəbəkənin müzakirə predmetinə çevrilən bu məsələdə müxtəlif fikirlər səsləndirilib. APA-nın fövqəlada hallar naziri Kəmaləddin Heydərova bağlılığını önə çəkən əksəriyyət hadisəni hakimiyyətdaxili ziddiyyətin təzahürü kimi göstəriblər. Beynəlxalq media orqanı “Eurasianet” də bu məsələyə diqqət ayırıb.

Tanınmış media mütəxəssisləri APA-nın qapadılmasını tənqid ediblər. Məsələn, araşdırmaçı jurnalist Xədicə İsmayılova deyib: "Hökumət (nazirlər) media işlətməməlidir. Hökumət (nazirlər, prezident) media qapatmamalıdır. APA-dakı vicdanlı həmkarlarıma hökumətdəki küləklərdən asılı olmayan iş yeri arzulayıram".

Sonradan holdinq əməkdaşlarının bir qrupu ilə “e-tibb.az”, “limak.az” kimi biznes saytlar yaradılıb.