192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda milli sosial şəbəkə istifadəyə verilib
2019-02-15 13:41:25

"CityMap.az" dovlət idarələri, huquqi, habelə fərdi şəxsləri ozundə cəmləşdirən ilk milli sosial şəbəkədir. Bu il fevral ayının 10-da istifadəyə verilib. Bu barədə Turan-a daxil olan məlumatda bildirilir.

Məlumatda deyilir ki, istənilən şəxs ozunu və ya təmsil etdiyi qurumu rahat şəkildə hec bir odəniş olmadan saytda qeydiyyatdan kecirə bilər. Sayt administrasiyanının muvafiq yoxlamaları və duzəlişlərindən sonra həmin kontent saytda oz əksini tapacaq. Saxta profillərdən saytı qorumaq ucun butun qeydiyyatdan kecən şəxslərdən rəsmi (şəkilli) sənəd təqdim etmələri tələb olunur.

Məlumatda saytın rəhbəri Vaqif Hüseynovun adından başqa onun təsisçiləri haqda bilgi yoxdur.

Bu hadisə Facebook və digər beynəlxalq şəbəkələrin təsirini azaltmaq məqsədilə milli sosial şəbəkənin yaradılmasının vacibliyi barədə söz-söhbətin və müzakirələrin fonunda diqqəti cəlb edir.