192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Səfir Lakot: “ Fransa Prezidenti dövlət səfəriylə Ermənistana gəlmək fikrindədir”
2019-02-15 11:36:32

Baş nazir müavini Mher Qrikoryan Ermənistanda Fransanın fövqalədə və səlahiyyətli səfiri Conatan Lakotu və Fransanın İnkişaf agentliyinin regional üzrə rəhbəri Qayel Asayaqı qəbul edib.ER Baş nazir müavini Mher Qrikoryanın idarəsindən verilən məlumata görə, Qrikoryan,Fransa ilə əməkdaşlığın inkişafını və dərinləşməsini hökumət qarşısında duran islahatları həyata keçirmək prosessində olduqca zəruri və mühüm hesab edib. Səfir Lakot qeyd edib ki, Fransa Ermənistan ilə münasibətləri ikitərəli olduğu kimi eləcə də hərtərəfli formatda inkişaf etdirmək məsələsində maraqlıdır. Fransa Prezidenti Emanuel Makronun son vaxtlar dövlət səfəriylə Ermənistana səfəri fikrində olduğunu qeyd etməklə deyib ki, həmin səfər həmçinin ikitərəfli proqramların dəqiqləşdirilməsi və gələcəkdə genişləndirilməsinə təkan olacaq. Fransanın İnkişaf agentliyinin regional üzrə rəhbəri təşkilat tərəfindən Ermənistanda həyata keçirilən proqramların gedişatını, eləcə də,Ermənistan hökuməti qarşısında gələcəkdə islahatlara həmahəng olan yeni proqramlar qoymağa hazır olduğunu bəyan edib. Həmsöhbətçilər kapital bazarının formalaşması mühümlüyünə toxunaraq Ermənistanda Fransa biznesinin inkişafı perspektivini müzakirə etmişlər.